Bu da onların sərbəst hərəkətinin pozulması və digər xəstəliklərin əmələ gəlməsi üçün əlverişli şərait yaradır. Həmçinin baş sayının davamlı olaraq həddindən çox olması heyvanların rahatlığını pozur. Onlar davamlı olaraq stressdə olur, ara məsafəsi az olur və hərəkət etmək üçün imkanları olmur. Baş sayı həddindən çox olduqda toyuqların bir-birini əzərək öldürməsi halları da artır.
Toyuqların sıxlıqda saxlanmasının tövlənin iqlimi üçün də mənfi nəticələri var. Heyvanlardan həddindən artıq istilik xaric olur və döşəməyə yaxın yerdə havanın sirkulyasiyası aşağı düşür, bu zaman istilik tıxacı yaranır. Bundan başqa, heyvanların çətinlikləri artır, çoxlu toz və havada normadan artıq ammonyak zəhərli qaz heyvanların narahatlıqlarını daha da artırır. Heyvanların sağlamlığının mühafizəsi və saxlanma norması baxımından da baş sayının çox olması, həmçinin iqtisadi cəhətdən də diri çəki artımının aşağı olmasında da öz mənfi təsirini göstərir. Bu itkiləri də fermerlər kiçik bir yerdə daha çox heyvan saxlamaqla tənzimləyirlər.
6.1.3 Tövlənin yeri, təchizatı və çatışmazlıqlar
Tövlənin yeri kökəltməyə başlamazdan əvvəl bir dəfəlik taxta kəpəyi, yaxud samanla döşənir. Tövlənin döşəməsində səpilmiş saman, yaxud kəpəyin keyfiyyəti kökəldilmənin gedişatında tədricən azalır. Kökəldilmənin gedişatı ərzində heyvanların yaralanmaları və xəstəlikləri getdikcə artır.
Kökəldilən toyuqların davamlı olaraq keyfiyyətsiz və nəmliyi getdikcə daha da artan döşəmədə yerində qalması ayaq oynaqlarında problemlərin və ağrıların yaranmasına səbəb olur. Tədqiqatların nəticəsinə görə, kökəltmə dövrünün sonunda döşəmənin 90 %-i nəcisdən və təqribən 10 %-i isə saman, yaxud kəpək qalığından ibarət olur.
Ammonyakın mənfi təsiri
Nəcislə samanın, yaxud kəpəyin qarışığı havada zərərli ammonyak qazının artması deməkdir.