6.1.1 Ətlik toyuqların yerləşmə sıxlığı
Ayrı-ayrı kökəldilmə tövlələrində ətlik toyuqlar qrup şəklində baş sayı 10.000 və daha artıq olmaqla saxlanılır. Kökəltmə tövlələrində toyuqların baş sayını 40.000-ə qədər saxlamaq mümkündür. Ənənəvi saxlama formalarında icazə verilən baş sayı sıxlığı bir kvadrat metrə görə 33-39 kq diri çəki götürülür. Lakin tədqiqatlar göstərir ki, kökəltmə istiqamətində fəaliyyət göstərən müəssisələrdə toyuqların baş sayının sıxlığı çox hallarda normanı aşır. Bununla belə, həmçinin onu da qeyd etmək olar ki, nəhəng müəssisələrdə hər kvadrat metrə düşən heyvan sayını dəqiq müəyyən etmək çətinliklə mümkün olur.
Qısa müddətli kökəltmə zamanı 1,5 kq diri çəkisi olan toyuqlar üçün icazə verilən ən yüksək sıxlıq bir kvadrat metrə görə 26 toyuq götürülür. Beləliklə, icazə verilən sıxlıq normasına görə, ümumi götürdükdə ətlik toyuqların açıq-aydın şəkildə qəfəsdə saxlanılan yumurtalıq toyuğun yerindən də az hərəkət sahəsi var. Uzunmüddətli kökəltmədə bir kvadrat metrə daha az baş sayı düşsə də, bu toyuqlar daha ağır və böyük olur.
6.1.2 Yerin sıxlığının çox olmasının nəticələri
İcazə verildiyi halda belə, artıq kökəltmənin sonunda tövlənin sahəsinin demək olar ki, hamısı heyvanlarla dolu olur. Təbii saxlanma üsulları, eləcə də heyvanların sərbəst hərəkəti, yerdə eşələnmək, lələklərin təmizlənməsi, yaxud qanadlarını çırpması üçün çox məhdud şəkildə yer var. Boş yer demək olar ki, yoxdur. Bundan başqa, alimlərin araşdırmalarına görə, toyuqlarda yalnız hər kvadrat metrə 27 kq-dan aşağı diri çəki düşərsə, normal şəraitə uyğun gəlir, bu da toyuqların sərbəst hərəkətini çox da
məhdudlaşdırmır. Qısa kökəltmə müddətində hər kvadrat metr sahəyə 18 baş sayı ilə toyuqların hesablanması daha məqsədyönlü hesab edilir.
Ətlik toyuqların hərəkət etmək üçün çox məhdud səviyyədə yeri olduğuna görə, əksər vaxtı tövlədə yatmış vəziyyətdə hərəkətsiz qalırlar.