Bu məqsədlə yüksək keyfiyyətli diaqnostik preparatlar, müalicə və spesifik profilaktika vasitələri hazırlanmalı və təsərrüfatlarda tətbiq edilməlidir.
Dərs vəsaitində quşlarda müşahidə olunan əsas xəstəliklər, infeksiyalar və parazitlər, xəstəliklərin yaranma səbəbləri, yoluxma mənbələri, xəstəliklərə qarşı profilaktik tədbirlər haqqında da ətraflı məlumatlar verilir.
Dərs vəsaitinin əhatə etdiyi mövzular elmin və qabaqcıl təcrübənin son nailiyyətlərini özündə əks etdirir.
Bu dərs vəsaitində quşçuluq sahələrinə aid həm nəzəri, həm də təcrübi məlumatlar qeyd edilmişdir ki, bu dərsliyin ilk peşə-ixtisas təhsili müəssisələrində dərs vəsaiti kimi istifadə edilməsi əhəmiyyətlidir. Bununla yanaşı, quşların saxlanmasının qiymətləndirilməsi, qabaqcıl təcrübənin və yeni metodların uğurla tətbiq edilməsi üçün burada tövsiyələr də verilmişdir.
TƏLİM NƏTİCƏLƏRİ
A. Təlim nəticəsi 1 - Quşçuluğun yetişdirilməsinin iqtisadi cəhətdən əhəmiyyəti
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Ölkəmizdə sahibkarlığın, o cümlədən quşçuluğun inkişaf şəraiti
2. Quşçuluq sahəsinin ailə təsərrüfatı üçün gəlirli olması
3. Quşçuluq məhsullarının istehsalında yaranan maya dəyəri və ona təsir edən amillər;
4. Quşçuluğun inkişafında yaranan çatışmazlıqlar və onların aradan qaldırılması;
5. Broylerlərin sənaye üsulu ilə yetişdirilməsi haqqında ətraflı şəkildə məlumatlar əldə edirlər. Quşçuluq formalarının təsərrüfat üçün iqtisadi əhəmiyyətini bilir.