Qazların yetişdirildiyi ailə təsərrüfatına baxış
|
-
Qazlar üçün ayrılmış sahənin təmizliyini yoxlayın, əgər çirklənmə müşahidə edilərsə,
bunu qeyd edin və baytar həkiminə və işçilərə məlumat verin.
-
Su qablarının bərabər paylanması necə həyata keçirilir?
-
Quşların çölə buraxılması günün hansı saatlarında aparılır?
-
Qaz balalarının tövlədə baş sayı nə qədərdir, bir m2-a düşən sayı işçidən,
yaxud baytar həkimindən soruşun.
-
Xüsusilə yayda cücələrin baş sayının çox olması alt hissədə temperaturun çox olmasına və
bürkü havanın yaranmasına səbəb olur ki, bu da cücələrin çəki artımına mənfi təsir
göstərir və yem xərcləri artır.
-
Qışda tövlədə istilik bərabər paylanmalıdır, istiliyin qeyri-bərabər paylanması qaz
balalarının bir yerə toplaşmasına səbəb olur, bu da cücələrin əzilərək ölməsinə səbəb
olur, həmçinin ishal və digər xəstəliklərə tutulma riski artır.
|