Əgər cücədə bu zaman qan izi olsa, dərhal dayanmaq lazımdır. Cücələr quruyan kimi onları anadan ayırırlar. Sonra onları parça ilə örtülmüş qutuya qoymaq, qutunu isə isti yerdə yerləşdirmək lazımdır. Temperatur 26-28 dərəcə olmalıdır.
Əgər çıxarış tamamilə qurtaracaqsa, bütün quş balalarına kürt toyuğun altında yaxınlaşmağa imkan verilməlidir. Burada inkubatorlarda çıxarılmış hind quşlarının balalarını da digər balalarla birlikdə ananın yanına əlavə etmək olar. Hər bir hind quşu problemsiz 30, yaxud 40 bala çıxara bilər. İlk günlərində cücələri sutkada 8 dəfə yedizdirmək əhəmiyyətlidir. Bu, heç də çətin deyil, sonra onların sağlamlıqlarından razı qalacaqsınız. Diqqət etmək lazımdır ki, bütün cücələr yemi dənləsinlər. Onlara bunu öyrətmək toyuq cücələrinə nisbətən çətindir. Yemin qabağına birinci ən güclü və aktiv cücələri qoymaq lazımdır. O biri zəif cücələr onlara baxıb yemlənməyə başlayacaqlar. Birinci 3 sutkada onları xırda yarma ilə qarışdırılmış bişmiş yumurta ilə yedizdirmək lazımdır. Yumurta xırda hissələrə bölünür. Daha sonra 1-ci ayları tamam olana qədər istənilən dənin xırdalanmış yarması verilir. Hind quşlarının əsas yemi göyərtidir. Bu məqsədlə gicitkən, yonca, salat, soğan, yonca, kələm yarpaqları istifadə etmək olar.
Hind quşlarını həmişə tam tox olana qədər yedirtmək lazımdır. Bir aylığından sonra onları gündə 5 dəfə yedirmək olar - səhərlər onlara gündəlik dənin 1/3-i verilir, 3 dəfə göyərti ilə un qarışığı, axşamlar isə gündəlik dənin qalan 2/3 hissəsi verilir.
Balaca hind quşlarını çölə yalnız otların üzərindəki şeh quruyandan sonra buraxmaq olar. Yağışlı və soyuq havada onları çölə buraxmaq məsləhət görülmür. Bu zaman immuniteti zəifləyir və əsasən, həzm orqanlarında pozğunluqlar yaranır.
Kürt hind quşları cücələri 6-8 həftə yanında saxlayırlar - sonra onları ayırırlar. İçəridə böyümüş hind toyuğu balalarını yaşıl çəmənliyə buraxmağı unutmaq olmaz.
Çalışmaq lazımdır ki, günəşli günlərdə onlar üçün həyətdə kölgəli sığınacaq və içmək üçün su olsun.
Hində də təmizliyin gözlənilməsi vacibdir.