Böyüdükcə hind quşlarının zülala olan tələbatı azalır: əvvəlcə yem payında 30%, 10-həftəlik yaşda 25%, 8-aylq yaşdan sonra 15% zülal olmalıdır.
5.6.1 Hind quşlarının çoxaldılması, saxlanması və yemlənməsi
Bir hind quşunun 60%-i qidalı ağ pəhriz ətindən ibarətdir. Bu quşun ətində ördək və qazlara nisbətən dəfələrlə çox zülal var. Kulinar məqsədlər üçün istifadədə 5 aylıq dişi, 6 aylıq erkək quşlardan istifadə olunur. Bir sözlə, cavan quşların əti daha dadlı olur. Lakin bu quşların çoxaldılması çətindir.
Hind quşları yumurta üstündə 27-28 gün oturur. Bütün bu vaxt ərzində yumurtaları ən azı 2 dəfə yoxlamadan keçirmək lazımdır (7-8-ci sutkada, 26-cı gün). Yumurtaları yoxlamaq üçün quşun yuvadan durduğu anı gözləmək lazımdır. Əzik və sınıq yumurtaları yuvadan kənar etmək, yuvanı peyindən təmizləmək lazımdır. Altlıq kimi qoyulan material çirkləndikdə onu yenisi ilə əvəz etmək tələb olunur. Birinci yoxlamada ovoskopun köməyi ilə daxildə qan- damar sistemini və rüşeymi görmək olar.
Hind quşu yumurtasında rüşeymi inkişafdan dayanmışı daxildə əmələ gəlmiş qan halqası və ya qan ləkələri ilə aşkar etmək olar. Mayalanmamış yumurtalar rənglərinin açıqlığı ilə seçilir. Belə yumurtaları yuvadan dərhal kənar etmək zəruridir.
İkinci baxış zamanı artıq yumurtanın alt hissəsində olan nazik embrionun əyri-üyrü sərhədi yaxşı görünür. Həm də cücənin dimdiyini tərpətməyini də izləmək olar. İnkişafı dayanmış yumurtalarda qara rəngli maddə görünür və belə yumurtaları tərpətdikdə içəridəki maddələr qarışır.
Quşların yumurtalarının yoxlanması üçün ovoskopu özünüz də çox sadə üsullarla hazırlaya bilərsiniz. Bunun üçün balaca qutu götürüb və onda drellə 2-3 deşik açmaq olar. Deşiklərin böyüklüyü yumurtadan asılıdır. Və sonra bura elektrik lampası yaxınlaşdırılır.
Yumurtadan təzə çıxan quşlara kömək etməyə tələsmək lazım deyil. Qabıqla yanaşı, onların dərisini də zədələyə bilərsiniz. Əgər yumurtadan çıxmaya həddən artıq çox vaxt getsə, yumurtanın qabığını ehmalca sındıraraq cücəyə kömək etmək olar.