Yemdən imtina edən hind quşu balalarını məcburi yedirdirlər. Həyatının dördüncü günündən hər gün un yemlərinin miqdarını artmaq və bütün balaları tədricən nəm un qarışıqları ilə yemləmək tövsiyyə olunur. Onları qatıqda qarışdırmaq məsləhətdir. Hind quşlarının balalarını heç vaxt qara çörək ilə yemləmək olmaz, çünki onlar bu vaxt qarın ağrısına tutulur.
Hind quşlarının balaları yemin kəskin dəyişməsini pis qarşılayır, ona görə qidanın hər yeni növünü yem payına tədricən, özü də səhərlər daxil edirlər ki, gün ərzində onun yeyilməsini müşahidə etmək mümkün olsun.
Hind quşları balalarından ötrü B2 vitamini çox vacibdir, yem qarışığını onunla zənginləşdirmək mayaların köməyi ilə mümkündür. Bundan ötrü qarğıdalı, yaxud arpa unu ilə kəpəkləri ilıq suda həll olunmuş mayalarla qatışdırmaq və 5-6 saatlığa isti yerə qoymaq lazımdır. Bu vaxt ərzində kütləni 3-4 dəfə. Yemləmədən əvvəl mayalanmış yem quru un qatışığı, döyülmüş jmıx, ot unu və digər yemlərlə qarışdırılır.
Hind quşlarının balalarının tez böyüməsi üçün onların yem qabında daima müxtəlif dən (40-60%) yarmalarının, noxudun (15-25%), günəbaxan şrotunun (20%-ə qədər) və tabaşirin (3-4%) qarışığı olmalıdır. Əgər qarışıq yem varsa, onu dən qarışıqlarının əvəzinə istifadə edirlər. İkiaylıq cavanları bütöv dənə keçirtmək olar. Körpələr yoncanın, xaşanın, noxudun, gicitkənin cavan yarpaqlarını xoşlayır. Göyərtini yemləmədən sonra vermək lazımdır. Əgər onu yem qarışığına qatsanız, çoxlu yem itirərsiniz, çünki körpələr dadlı yemdən ötrü bütün yem kütləsini eşələyib dağıdır. Hind quşlarının balalarına yaşıl soğan çox xeyirlidir, lakin yanğı əmələ gətirdiyi üçün onu yalnız səhər-səhər vermək lazımdır.
Ayrıca yem qablarında çınqıl və döyülmüş yumurta qabığı, suvarıcılarda isə təmiz su daim olmalıdır. Hind quşlarının yemlənməsinin başlıca xüsusiyyətləri onların zülalla tam təmin olunmasıdır. Bunun üçün ən yaxşı vasitə xüsusi qarışıq yemlərdir. Yem payına süd məhsullarından: üzsüz süd, dələmə, qatıq əlavə etməklə onu zülalla zənginləşdirmək mümkündür. Bu məqsədlə mayalardan, balıq və ət unundan istifadə edilir.