Buna görə də yumurtaları nişanlamaq və qeydə almaq lazımdır. Qeydləri sadə karandaşla yumurtanın iti ucunda aparmaq daha məsləhətdir. Çünki yumurtadan çıxan cücələr yumurtanı ya küt tərəfdən, ya da yanlardan dimdikləməyə başlayırlar.
Hində yumurta qoyma dövründə temperaturun 0 dərəcədən aşağı düşməsinə imkan vermək məsləhət görülmür. Şaxtalı günlərdəquşlarıhəyətəburaxmaqolmazvəqapılarınbağlıolmasına diqqət yetirmək lazımdır. Yumurtalar qablarda saxlanılmalıdır. İnkubatora qoymaq üçün yumurtalar adətən 5 günü tamam olana qədər seçilir. İnkubatora qoymazdan əvvəl yumurtaları diqqətlə nəzərdən keçirmək lazımdır. Adətən yumurtaların içərisində ikisarılı yumurtalar olur. Belə yumurtalar inkubator üçün yaramır. Həm də çox kiçik, düzgün forması olmayan və tünd rəngli ləkələri olan yumurtaları da istifadə etmək yaxşı nəticə vermir.
Qaz cücələri inkubatordan 29-31-ci gün çıxmağa başlayırlar. Onlar üçün xüsusi yer yoxdur, əsasən, analarının yanında qalırlar. Adi yarıya bölünmüş saxlanma damından istifadə etmək olar: bir tərəfi - cücələr üçün, başqa tərəfi isə - qaz balaları üçün. Bu yerdə qızdırıcılar qoyulur - metal lampalı və elektrik qızdırıcılı qapaqlar. Cücələr həyatlarını ilk günlərini bu qızdırıcılar altında 27-28 dərəcə istidə keçirirlər. Sonra hər beş gündən bir temperatur 2-3 dərəcə azaldılır.
Qızdırıcılarla yanaşı, su və yem qabları da qoymaq zəruridir. Cücələr üçün ən yaxşı yem - vitaminlərlə ot unudur. Bəzən vitaminlər olmayanda cücə kombiyemi ilə ot ununun qarışığını da verirlər. Həm də yaşıl yem - göyərti və ya yonca da istifadə etmək olar. Heyvan mənşəli zülallarla zəngin qidaları qazlar xoşlamırlar. Bitki mənşəli zülallarla zəngin yemlərdən istifadə daha məsləhətlidir. Cücələrin 45 günü tamam olandan sonra onları ümumi qrupa - böyüklərə qatmaq olar.