Bu vaxt onlar artıq bayıra buraxılmır, vaxtlarını hində keçirirlər. Qrup şəklində yığılan qazların istifadə müddəti 6-8 il olur. Dişilərdə zaman keçdikcə yumurta vermə aktivliyi artır. Yaşa görə qazları qruplaşdırmaq vacibdir.
Qaz qrupunun (sürü) tərkibi təxmini olaraq belə olmalıdır - fərələr 30%, pereyarka 25%, yaşlı quşlar 20, yuxarı yaşlılar 25%. Cinsiyyətinə görə isə hər bir baş erkəyə üç baş dişi düşür. Bu, o demək deyil ki bir erkəyə yalnız 3 dişi ayrılmalıdır. Bəzən bir erkək beş dişi ilə maraqlana bilər, bəzən isə yalnız biri ilə. Qaz hinində qabaq divarın hündürlüyü 2.1 m, arxa divar isə 1.25 m olmalıdır. Belə ölçülər maddi baxımdan xüsusilə kəndli ailə təsərrüfatları
üçün sərfəlidir. Həm də içəridə quşlara lazım olan qədər yer və havalanma şəraiti yaranır. Hər qaz hinində iki bölmə var. Balalar ana ilə qrup metodu ilə saxlanılır. Qaz hinləri müvafiq olaraq təchiz edilir. Hər bölmə taxtadan arakəsmələrlə beş bərabər seksiyaya bölünür. Seksiyalararası arakəsmələrin hündürlüyü — 1,2 metr olur.
Seksiyalarda yuvalar qurulur. Yuvaların olması qazların yumurta qoymağa həvəsini artırır. Dəhlizlərdə yem və su üçün taxta təknəciklər bərabər paylanır. Qazların gəzinti sahəsinə də yem və su üçün təknəciklərin qoyulması vacibdir.
Əsasən, ailə təsərrüfatlarında qaz hinləri qızdırıcısız olur. Quşlar dərin altlıq üzərində saxlanılır. Əvvəl yerə qalın saman sərilir, sonra üzərinə yonqar əlavə olunur. Gündəlik bu altlığın üzəri yenilənir, üzərindən təmiz yonqar səpilir. Altlığın tam olaraq yenisi ilə əvəz olunması ildə bir dəfə edilir. Bunu adətən yayda edirlər.
Hər gün ilk olaraq hinin qapıları açılır və qazlar çölə buraxılır. Hində təmizlik işləri aparılır, yem və su qabları yuyulur, altlıqlarının üzərinə yeni yonqar qatı səpilir. Əgər yumurta vermə dövrü başlanırsa, yumurtalar yığılır.