Qaz ətinin bütün mağazalarda satılması məqsədəuyğundur.
Çünki ondan hazırlanan yeməklər çox dadlı olur.
Qazlar haqqında məlumat az olsa da, ölkədə ailə təsərrüfatlarında ənənəvi olaraq çoxaldılır. Lakin buna baxmayaraq, ölkəmizdə qazların sayı azalıb. Bunun əsas səbəbi onların köhnə üsullarla çoxaldılmasıdır. Qazlar 4 kq çəkiyə yalnız 150-180 günə çatırlar. Təcrübəyə əsaslanaraq demək olar ki, bu işə iqtisadi tərəfdən yanaşsaq, daha yaxşı gəlir əldə etmək olar. Qazlar istənilən iqlimə yaxşı öyrəşirlər. Onlar soyuqdan qorxmur. Misal üçün biz onları qışda qızdırıcı sistemi olmayan hində saxlayırıq. Onlar hətta -20°C soyuqda da düzənlik zonada otlayaraq günlərini keçirə bilərlər. Qazlar yemə çox da tələbatlı deyillər. Düzgün rasion seçilərsə, onların hər kiloqramına çox az dən tələb olunur. Otlaqda saxlanılan qaz gün ərzində 2 kq-dan çox ot yeyir. Taxıl yığımından sonra torpaqda qalan qalıqları da qazlara yedirtmək olar. Yem kimi təzə kəsilmiş ot, kələm yarpaqları, kartof, çuğundur və silos da istifadə etmək olar.
Onlar təbiətlərinə görə dəstədə yaşayan quşlardır. Onlar həm də xüsusi qayğı tələb etmirlər.
Qazların müxtəlif cinslər və cins qrupları var: vladimirski, arzamat, gorkiy, xolmoqorq, kaluqa, böyük boz, şadrin, pskovsk və s.