Ət üçün böyüdülən ördəklərin həyatlarının birinci 3 həftəsində temperatur vacib rol oynayır. Birinci 7 gün ərzində yerdən 10-15 sm hündürlükdə temperatur 28-30°C, ikinci həftə 20-22°C, üçüncü həftədə isə 16-18°C olmalıdır. Bu temperatur rejimində 3 həftədən sonra onlar 8-10° C-ə də davam gətirirlər.
Təzə çıxmış ördəklərin yemlənməsində püredən və müxtəlif quru qida qarışıqlarından istifadə olunur. Su qablarının yem qablarından kənarda yerləşdirilməsi daha yaxşı olar. Çünki ördəklər hər dəfə yemək yeyən kimi dimdiklərini suda yuyurlar. Su uzaq olduqda isə israfçılığa daha az yol verilir. Yerə qoyulan yem və su qablarından istifadə etmək olmaz. Ördəklər öz yemlərini tapdalayır və yararsız hala gətirirlər.
Ördək balalarına göyərti 2-ci həftədən başlayaraq verilə bilər. Bu vaxtdan etibarən onlara bişmiş kartof, heyvan mənşəli yemlər də vermək olar. Göyərti ümumi gündəlik qəbul olunan yemin 15%-ə qədərini təşkil etməlidir. Nəm pürelər turşumamaq üçün quşlara verilməmişdən qabaq hazırlanır. Pürelərin tərkibi - üyüdülmüş qarğıdalı, buğda, süd, jmıx, kəsmik, balıqqulağı, tabaşir və göyərtidən ibarət olduqda daha yüksək tərkibə və zəngin keyfiyyətə malik olur.
Püre tez turşuyan yem olduğundan onu hazırlayarkən həcmi elə hesablanmalıdır ki, bir dəfəyə hamısı yeyilsin və artıq qalıqlar qalmasın. İntensiv yemləmə zamanı istifadə olunan quru yem qarışıqlarının tərkibi:
Ördəklərin birinci həftələrində gündəlik işıq saatları 20-22 saat, sonradan isə 14 saata qədər azaldılmalıdır. İşıqlanma birinci 4 həftə 4-5Vt/m2, ikinci 4 həftədə isə 2-3Vt/m2 olmalıdır.
(Vt/m2=1 kv.m-ə düşən işığın miqdarı)