Bir ördək-kürt toyuq 10-dan 15-ə qədər ördək balası çıxarmağa qadirdir. Ördək balaları ilk dövrlərdə xəstəliyə dözümsüz olur və daha çox qayğı tələb edir. Optimal nəticələr çarhovuzların tətbiqiylə kürt toyuğun altında ördək balalarının böyüdülməsi ilə əldə olunur. Bu halda ördək balalarında istiliyin tənzimlənməsinin formalaşması ehtimal ki, daha tez alınır.
Ördəklərin su hövzələrindən istifadə etməklə yemlənməsi daha sərfəlidir. Belə olduqda onlar gündəlik yemin 50-70%- ni özləri tapır. Gözlərini açdığı ilk gündən toyuq cücələri kimi ördəkləri də yemləmək lazımdır. Bu məqsədlə bişmiş yumurta, müxtəlif pürelər, həm də göyərtidən istifadə olunur.
3-5-ci gündən isə heyvan mənşəli yemlərdən (ət və ya balıq unu, balıq və s...) istifadə edilir. Yeddi günlüklərinə qədər gündə 5-6 dəfə, daha sonra 3-4 dəfə yemləmək lazımdır. Damazlıq təsərrüfatlarda ördək balalarının böyüdülməsi üçün ən optimal dövr erkən yaz (mart-aprel) hesab edilir. Bu halda növbəti mövsümə ördəklər daha yaxşı uyğunlaşır, çoxlu yumurta verirlər. Qrupa 6-7 aylıq ördəklər seçilir.
Qrup üçün ayrılmış cavan quşlar yaxşı bədən quruluşlu, enli döşləri, hamar lələkləri və cinsi aktivlikləri ilə digər heyvanlardan seçilməlidirlər.Erkəkördəklərinquyruğundayuxarıistiqamətlənmiş 4 lələyi olmalıdır.
Yaxşı sağlam quşların seçilməsi üçün bəzən onları 0.5 km qovurlar. Sıradan geri qalanlar zəif quşlar sayılır və qrupa əlavə olunmur. Qrupa seçim zamanı ən vacib parametrlərdən biri də quşların canlı çəkisidir. 7 aylığında dişi ördəklər 2.8-3 kq, erkəklər isə 3.5-4 kq-a çatmalıdırlar. Qrupların yığılması zamanı 1 erkək ördəyə 4 dişi düşür, bəzən də yüngül cinslər üçün 1 erkəyə 6 dişi də düşə bilər.