Yaşıl yem və günəş şüaları onların inkişafına müsbət təsir edir. Belə cücələr tez böyüyərək 4-5 aylıqda yumurtalamağa başlayır.
Körpə cücələrin bəslənməsi
Körpə quşlara ilk günlərdə xırda doğranmış bərk yumurta, göyərti qatılmış səpələnən nəm yem qarışığı vermək lazımdır. 10-15 günlüyədək cücələri gündə 6 dəfə, hind toyuq balalarını 7-8 dəfə yemləmək məsləhətdir. Cavan quşlar böyüdükcə rasionda dənin şərti çəkisi artırılır, yumurta və üzsüz südün miqdarı isə azaldılır. Cavan quşların vitaminli yemlərlə təmin olunmasına xüsusi fikir vermək lazımdır. Bizim şəraitdə ən əlverişli vitaminli yem yoncadır. Yonca yaz-yay dövründə yaşıl halda, başqa vaxtlarda isə quru ot unu halında verilməlidir. İkiaylığa çatmamış cavan quşlar üçün yem qarışığı hazırlayarkən unu və yarmanı narın xəlbirdən keçirib, qabıqdan, qılçıqdan
təmizləmək lazımdır. Çünki onlar pis həzm olunub bağırsağın selikli qişasını zədələyə bilər. Yumurtalıq cavan quşlar üçün səpələnən yem qarışıqları, ətlik cavan quşlar üçün isə dənəvərləşdirilmiş yem qarışıqları daha yaxşı hesab edilir.
Yumurtalıq, eləcə də ətlik cins olan cücələrə 30 günlüyədək verilən yem qarışıqlarının tərkibi qidalılığına görə təqribən bərabər olur. Bu dövrdə yem qarışığına qarğıdalı və buğda əlavə edilməsi yemin kaloriliyini yüksəldir. Həmin yaşda olan cücələrin yeminə texniki yağ əlavə etmək məsləhət görülmür. Onların mineral maddələrə tələbatı isə, adətən rasiondakı əsas yemlərlə və ya ona az miqdarda balıqqulağı, yaxud tabaşir əlavə etməklə ödənilir. 1-30 günlük cücələrə verilən yem qarışığına aşağıdakı göstərilən yemlər daxildir:
- Dən yemləri 65-70%,
- Jmıx, şrot 15-20%,
- Heyvan mənşəli yemlər 8-12%,
- O cümlədən quru süd 1-2%,