Modul üzrə ümumi təlim nəticələri: Təhsil alan quşçuluğun formalarını və təsərrüfat
üçün iqtisadi
əhəmiyyətini bilir. O, quşçuluğun əsaslarını və heyvanların saxlanma şəraitlərinə olan tələbləri bilir.
Bununla da quşçuluqda heyvanların düzgün saxlanması və yetişdirilməsi üçün lazım olan bütün tədbirləri
həyata keçirə bilir. Heyvanların anatomiyası haqqında bilikləri əsasında heyvanlarda baş verən bioloji
prosesləri başa düşür. Ayrı-ayrı yemlər və yemlərə olan tələbat haqqında biliklər əsasında kəsimə qədər
heyvanların düzgün yemlənməsini həyata keçirə bilir.
Quşçuluqda rast gəlinən mühüm xəstəlik və parazitləri tanıyır.
Təhsil alan quşları düzgün kəsə bilir və satış üçün hazırlamağı bacarır.
Birinci tədris ilində əldə edilmiş zoologiya və heyvandarlıq üzrə ümumi ilkin biliklər bunun üçün əsas
şərtdir.
Tədrisin məqsədi |
Tədrisin məzmunu (nəzəri) |
Dərs saatları (nəzəri) |
Quşçuluğun saxlanma formalarının təsərrüfat üçün iqtisadi əhəmiyyətini bilir. |
Quşçuluğun iqtisadi əhəmiyyəti. |
3 |
Yumurtalıq quşçuluğun formalarını bilir. | Tövlədə saxlama. Toyuqların sərbəst gəzmək imkanı olan saxlama növü. | 6 |
Toyuqlarda yumurtlama prosesini bilir. | Yumurta formalaşmasının fiziologiyası. | 3 |
Anac toyuqların yem tələbatını bilir. | Məhsuldarlığa uyğun yem rasionu. | 7 |
Uyğun quş növlərinin kökəldilməsi və onların davranışını bilir. | Toyuq. Ördək. Qaz. Hinduşka. |
8 |
Ətlik quşçuluq üçün olan tələbləri bilir. |
Tövlənin təchizatı, hava şəraiti, yerə olan tələbat, yem və su ilə təchizat. Tövlədə gündəlik işlər. Peyinin təmizlənməsi. |
8 |
Ətlik quşçuluqda məhsuldarlığa uyğun yemə olan tələbi bilir. | Yemin tərkibi. Hər növə uyğun yem rasionu. | 9 |
Quşçuluqda yayılmış mühüm xəstəlik və parazitləri tanıyır. |
Quşçuluq xəstəlikləri. Quşçuluq parazitləri. |
6 |
Quşları kəsə bilir və satış üçün hazırlamağı bacarır. |
Heyvanların müdafiəsi qanununun əsas müddəaları; kəsim prosesi. |
10 |
“Quşçuluq” modulu üzrə cəmi: | 60 |