Cədvəl 6. Müxtəlif komponentlərin yem qarışığında yolverilən həddi, %/kq
Komponentlər | Cücə | Çolpa | Yumurtalıq toyuq | Broylerlər |
Buğda | 20 | 40 | 60 | 60 |
Darı | 5 | 15 | 15 | 20 |
Tritikale | 20 | 20 | 20 | 20 |
Vələmir | 10 | 30 | 10 | 10 |
Arpa | 10 | 45 | 50 | 50 |
Qarğıdalı | 60 | 60 | 60 | 60 |
Kəpək | 10 | 10 | 10 | 10 |
Kartof | 30 | 30 | 50 | 30 |
Balıq unu | 8 | 8 | 8 | 8 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
4.4.1 Zülali yemlər
Başlıca protein mənbəyi kimi ilk növbədə paxlalı bitkilərin dəninə, şrotlara, heyvan mənşəli yemlərə və yaxud zülalla zəngin yem əlavələrinə üstünlük verilir. Demək olar ki, bütün paxlalı bitkilər tərkibində toksin olduğuna görə quş yemlərinə məhdud miqdarda qatılması məqsədəuyğundur. Əgər yem paxlalıları-noxud və lüpin istifadə olunursa, mütləq tərkibinə metionin qatılmalıdır. Qarışıq yemlərin tərkibində paxlanın olması yumurtanın çəkisinin azalması ilə müşayiət olunur.
Protein qismində qarğıdalı-qlüten ununun istifadəsi ilə məsləhət görülür. Çünki tərkibində ksantofil maddəsi ilə zəngin olduğuna görə yumurta sarısının sabit boyanmasına zəmin yaradır. Quş yeminin tərkibinə 10 %-ə qədər ot, üçyarpaq yonca, xaşa unu qatılır. Yem qarışıqlarında məhdudiyyət qoyulan əlavələr sırasında ət-sümük və qan ununun adı çəkilir, çünki onların tərkibi qeyri sabitliyi və əvəzolunmaz amin turşularının həzm olunmasının aşağı olması baxımından əlverişli sayılmır. Lələk zülali yem kimi yalnız kimyəvi hidrolizdən keçəndən sonra yararlı sayılır.