Sarı kütlənin və dərinin rəngi, yalnız boya maddələrinin deyil, həm də müxtəlif dərman preparatlarının, stimulyatorlar və göbələk toksinlərinin təsirindən də dəyişə bilər. Rəng çalarlarının tündlüyünə yaxud açıqlığına tənəffüs yollarının xəstəlikləri, xroniki koksidioz, zərərli qazların artması və heyvanların yaşı təsir göstərir. Yumurta sarısının və dərinin tündlüyünə yemin tərkibindəki yağın miqdarı, A,E vitaminləri, antioksidantlar müsbət təsir göstərir.
4.2 Ana toyuqların enerji və qida maddələrinə tələbatı
Yumurtlayan toyuqların enerjiyə olan tələbatı onların yumurta məhsuldarlığından, canlı kütləsindən, gündəlik çəki artımından və qismən də olsa ətraf mühitin temperaturunun təsiri dən asılıdır. Lələk, pər, qu örtüyü zəif inkişaf etmiş quşlarda istilik itkisi nisbətən çox olduğundan temperaturun tənzimlənməsinə xeyli əlavə enerji sərf olunur. Quşların enerjiyə tələbatı adətən göz qapağında gedən enerjiyə və azota görə hesablanır.
1 meqa coul enerji = 238,892 kkal
Yumurtlayan toyuqların mübadilə enerjisinə ehtiyacı onun cinsi, canlı kütləsi, gündəlik çəki artımı və yumurta məhsuldarlığı nəzərə alınmaqla hesablanır.
Yumurtalıq toyuqların proteinə olan tələbatı dgər mədəsibirkameralı olan heyvanlar a olduğu kimi, ilk növbədə yaşamaq üçün həyati ehtiyacdan, həmçinin yumurta proteininin tərkibindəki amin turşularının kimyəvi tərkibindən, gündəlik çəki artımından və tükdəyişmə dövründən asılı olaraq dəyişir. (Cədvəl 3)
Cədvəl 3. Quşçuluq məhsullarında bəzi əvəzolunmaz amin turşularının miqdarı %-lə
Amin turşuları | Yumurta | Lələk | Ət (döş əti) |
Lizin | 6,6 | 1,03 | 7,5 |
Sistin | 2,2 | 0,36 | 1,4 |
Metionin | 3,3 | 0,30 | 2,7 |
Fenilalanin | 5,5 | 5,22 | 3,8 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının
yeməndirilməsi (dərslik), Bakı, Qapp-Poliraf 2005.