Çəkisi 60-62 q olan toyuq yumurtasının tərkibində 7,3 q zülal, 6 q yağ olur, bu da onun tərkibində 413 kc yumurta enerjisi olduğuna uyğun gəlir. Yumurtanın protein tərkibi genetik (irsi) xüsusiyyətlərlə əlaqədardır, ona görə də əvəz olunmayan amin turşuları mütləq yemlə verilməlidir. Yumurta yağının tərkibi də yemlərin tərkibindəki yağlardan asılıdır. Normal cücə çıxarmanı və cavanların intensiv inkişafını təmin etmək üçün yemin tərkibində ən azı 1-2 % linol turşusu olmalıdır. Yumurtanın qeyri- üzvi maddələri qabığındakı kalsiumdan başqa qalan əsas qismi sarılığın proteinində toplanır. Yumurtanın sarısında protein, yağ və xam kül kimi maddələrə rast gəlmək olar. (Cədvəl 2)
Cədvəl 2. Təzə toyuq yumurtasının kimyəvi tərkibi və qidalılığı
Yumurta | Quru maddə, %-lə | Xam kül, %-lə | Xam protein, %-lə | Ümumi yağ % | Azotsuz ekstraktiv maddələr % | Enerji, kc/q |
Qabıqlı | 32 | 9,9 | 12 | 9,7 | 0,4 | 6,5 |
Qabıqsız | 25 | 0,9 | 13 | 10,7 | 0,4 | 7,2 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
Yumurtlayan toyuqlarda kalsiuma tələbat bütövlükdə qabıq qatına sərf olunur. Kirəcləşmiş qabıq örtüyündə 35 %, yəni təxminən 2 q kalsiumun payına düşür. Əgər çatışmazlıq varsa, qalan qismi daxili ehtiyatların payına düşür, əsasən, lülə sümüklərinin hesabına bərpa olunur. Uzunmüddətli qıtlıq isə qabığın yumşalması ilə nəzərə çarpır. Quşlar yaşlandıqca yemdən kalsiumun mənimsənilməsi və sümükdən kalsiumun bərpası prosesi azalır, nəticədə kövrək yumurtaların sınası faizi artır.
Boyaq maddələrinin miqdarı isə yemin təzəliyindən asılıdır. Sarılığın rəng çalarlarını tündləşdirmək üçün karotin, lütein, lükantin və digər sintetik boya maddələrindən istifadə olunur. Təklif olunan süni boyalar təbii boyalara nisbətən sabitliyinə görə seçilir və dozalaşdırma düzgün aparılarsa, yumurta sarısının eyni bərabərdə boyanmasını təmin edir. Lakin yadda saxlamaq lazım gəlir ki, sintetik boyalar heç cür A vitamini funksiyasını daşıya bilməz.