Yumurta qabığını toyuqlara verməzdən qabaq mütləq digər yemlərlə qarışdırmaq lazımdır. Tabaşir, çınqılı isə təmiz formada vermək olar.
Onların rasionuna həm də yonca, yaşıl yonca, kök, gicitkən, soğan və digər ot və ya tərəvəzlər əlavə etmək quşlar üçün xeyirli olar. Bu yemlərin tərkibində çoxlu vitaminlər və fitonsidlər var.
Toyuqların davranışında dəyişikliklərə gətirən xarici amillər də mühüm əhəmiyyətə malikdir. Bunlara mexaniki zədələnmələri, altlıqlarının sıxlığı, saxlanma yerinin vəziyyətini da aid etmək olar. Həm də rasionun kəskin dəyişilməsi, temperaturun artması, yeni quşların əlavə olunması və işığın gücü də quşlara təsir edir.
Bütün sadalanan amilləri yoxlamaq və imkan daxilində onları dərhal istisna etmək lazımdır.
Sərbəst iş üçün tapşırıqlar:
1.
Yumurtanın əhəmiyyəti;
2.
Toyuq yumurtalarının fiziologiyası və istifadəsi;
3.
Yumurtadakı fövqəladə dözümlülük;
4.
Yumurtanın həm çoxalmada, həm də qidalanmada əhəmiyyəti;
5.
Yumurtada xolesterinin orqanizmə mənfi cəhəti.