Artıq Avropanın və dünyanın tibb təşkilatları yumurta ilə qidalanmanı məhdudlaşdırmır: onu hər gün yemək olar. Sadəcə, Böyük Britaniyada bütün dünyaya yumurtanın çox da zərərli olmaması, əksinə xeyirli olması haqqında uca səslə çağırış edilib. Amerikada bu barədə ucadan danışılmasa da, bütün rəsmi məsləhətlərdən yumurtanın məhdudlaşdırılması ilə bağlı köhnə tələblər, sadəcə olaraq çıxarılıb. Yumurta yüksək enerjili və qidalılığa malikdir.
Orta ölçülü 58 qram yumurtanın tərkibi aşağıdakı kimidir:
- 78 kkal
- 6,5 q yüksək keyfiyyətli zülal
- Demək olar ki, karbonsuzdur;
- Faydalı yağlar - 2,3 q sadə doymamış yağlar və 0,9 q mürəkkəb doymamış yağlar;
- Ziyanlı doymuş yağlar: 1,7 q
- Xolesterin - 227 mq
- Retinol (A vitamini)- 98 mkq
- D vitamini -0,9 mkq
- R (B6 vitamini)-0,24 mq
- Folat (folivi turşusu vitamini) -26 mkq
- B12 vitamini-1,3 mkq; fosfor-103 mq, dəmir-1,0 mq, sink-0,7 mq, yod- 27 mq; selen-6 mkq
3.5 Toyuqların öz yumurtalarını dimdikləməsinin başlıca səbəbləri
Yumurtalıq toyuq cinslərinin yetişdirilməsi zamanı bəzən onlar öz yumurtalarını dimdikləyirlər. Gəlin onların belə rəftarlarının səbəblərini və bununla mübarizə aparmağın üsullarını araşdıraq.
Çox vaxt onlar öz yumurtalarını balanslaşmamış qida rejiminə görə dimdikləyirlər. Gündəlik gəzinti və rəngarəng qida bəzən toyuq üçün kifayət etmir.
Hər yumurtalıq istiqamətdə cins toyuğun gündə 5-7 qram zülala ehtiyacı var. Onların sayını nəzərə alaraq qidalarına ət və ya balıq unu, yağsız kəsmik əlavə etmək lazımdır.
Yumurtalıq cinslərin belə davranışlarının əsas səbəblərindən biri sahiblərinin onlara xırdalanmış yumurta qabığını təmiz formada vermələri də ola bilər. Belə halda toyuqlar yedikləri qabığın iyinə öyrəşərək instinktiv olaraq öz yumurtalarını da dimdikləyib yeyə bilərlər.