- Xolesterinin qanda azalması bu xəstəliklərdən ölüm riskini azaldır
- Bir çox ərzaq məhsullarında, o cümlədən yumurtada da xolesterin boldur.
Bunlardan belə bir nəticəyə gəlmək olar ki, yumurta ilə qidalanmaq ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır və ölüm riskini artırır. Lakin bu nəticə-hökm heç də düzgün deyil. Qandakı xolesterinlə ərzaqdakı xolesterin başqa-başqa şeylərdir. Xolesterini bol olan ərzaq məhsullarının qandakı xolesterinə təsiri zəif və cüzidir. Qida ilə qəbul olunan xolesterin qanda iki fərqli xolesterinə çevrilir - zərərli və faydalı xolesterinlər. Birinci damarların divarlarına çökür, yağ şırımları (xolesterinin özü piyəbənzər maddədir) tədricən qalınlaşır və piləyə çevrilir. Nəticədə arteriyalarda axın daralır. Zərərli xolesterin daha sonra əhəngləşir - laxta yaradır. Qalınlaşıb şaxələnən bu laxtalar damarları tıxanmış vəziyyətə salır.
Faydalı xolesterin isə bu bədxassəli prosesə mane olur. Bu baxımdan yumurta müəyyən dərəcədə ateroskeloroz, yəni qan-damar xəstəlikləri riskini azalda bilər.
Xolesterinin pis və ya yaxşı davranışına bu maddənin ətrafı təsir göstərir. Qanda o, özbaşına hərəkət etmir, bu zaman yağlar və zülallar onu müşayiət edir, bir növ "kompaniya" təşkil edirlər. Bu kompleksi "lipoproteidlər" adlandırırlar. Əgər onların sıxlığı aşağıdırsa, zərərli xolesterinə malikdirlər. Yüsək sıxlıqlı lipoproteidlərdə isə faydalı xolesterin olur.
Yumurtanın yüksək enerji və qidalılıq qabiliyyəti
Bəs yumurtadakı xolesterin orqanizmdə hansı xolesterinə çevrilir? Bu sualın cavabı yumurtanı hansı ərzaqla yeməyimizdən asılıdır. Məsələn, suda bərk bişmiş soyutma yumurtanı kərə yağı ilə yedikdə, o, orqanizmdə, əsasən, "pis" xolesterinə çevrilir. Kərə yağı və yaxud kolbasa ilə bişirilən "qlazok" da "pis" xolesterin yaradır. Bitki yağı ilə bişirilən qayğanaq və yaxud təkbaşına yeyilən yumurta isə qanda dəqiq olaraq pis xolesterinin konsentrasiyasını artırmır. Bu faktı da qeyd edək: hər insanın orqanizminin fərdi özəllikləri, maddələr mübadiləsi xüsusiyyətləri var. Elə adam ola bilər ki, qaraciyəri daha çox zərərli xolesterin və yaxud daha az faydalı xolesterin yaradır. Həmin insan məsləhətdir ki, tövsiyələrə əməl edib həftədə 2-3 yumurta ilə kifayətlənsin. Belə xəstəliyi olan insanlar çox da geniş yayılmayıb, 500 nəfərdən birində rast gəlinir. Risk qrupuna, əsasən, valideynləri gənc yaşlarında infarkt və insult keçirənlər daxildir.
Ümumiyyətlə, Britaniyanın Qida Fondu dünyanın yumurtaya son münasibətini ifadə edir.