Sən demə, müasir yumurtalarda daha çox vitamin və minerallar, daha az yağlar və xolesterin var. Bundan başqa, onun kalorisi də azalıb. Ən əsası isə müasir toyuqların yumurtalarında D vitamini 70 faiz daha çoxdur.
Böyük Britaniyanın Milli Qida Fondunun nüfuzlu tibb nəşri hesab edir ki, indiyədək yumurtanın tərkibi və orqanizm üçün rolu düzgün araşdırılmamışdır: "Yumurtanın ürək xəstəlikləri ilə bağlılığı barədəki mifləri dağıtmağın və onun bizim qidamızdakı qanuni yerini bərpa etməyin vaxtı çatıb. Yumurtanın balanslı rasion üçün böyük önəmi var".
Yumurta qida maddələri ilə boldur, o, yüksək keyfiyyətli zülalların qiymətli mənbəyidir, özü də ziyanlı yağları və kalorini özündə az saxlayır.
Yumurtadakı zülalın yüksək keyfiyyəti bədənin normal kütləsini saxlamağa və ya izafi çəkini azaltmağa kömək edir. Bunun sayəsində də piylənməyə qarşı böyük rol oynayır.
Əvvəllər yumurta hər zaman süfrələrdən əksik olmurdu. Onun qida rasionundan az qala çıxdaş edilməsi həm də son 30-40 ildə yumurtanın tibb elminin "qara siyahısı"na düşməsi ilə bağlıdır.
Ötən əsrin 20-30-cu illərində alimlər dovşanlar üzərində apardıqları tədqiqatlardan sonra hökm verdilər ki, xolesterin heyvanların damarlarında yığılır və ateroskleroz (ürək-damar xəstəliyi) yaradır. Və 70- ci illərdə təcrübələrini başa çatdıran alimlər xolesterinə bütün cəbhə boyu müharibə elan etdilər.
Təbii ki, əsas hədəf xolesterinlə bol olan yumurta oldu. Bu zaman alimlər bir çox faktları görməzlikdən gəldilər. Məsələn, qidalarına böyük dozada daxil edilən xolesterin at, it və digər heyvanlara təsir göstərməmişdi. Sonradan aydınlaşdı ki, insan orqanizminin bu maddəni həzm etməsi prosesi atda olduğu kimi gedir.
1991-ci ildə Amerikanın nüfuzlu "NEJM" (The New Enqland Journal of Medicine) jurnalı lətifəsayağı məqaləsini belə bir başlıqla dərc edir: "Gündə 25 yumurta yeyən 88 yaşlı qocanın qan plazmasında xolesterin normal səviyyədədir".
Qocalar evində yaşayan məqalənin qəhrəmanına gündə 20-30 yumurta alınır, bu şəxs onlarla qidalanarkən heç bir problem yaşamamışdır. Belə qidalanma azı 15 il davam etmişdir və xolesterinin səviyyəsi qocada normal, səhhəti isə yaşıdlarından heç də pis olmamışdır.
Elmi araşdırmalardakı ziddiyyətlərə baxmayaraq, hələ də yumurta və xolesterinlə qorxudulma davam edir. Özü də bu qorxuzmanın məntiqi çox sadədir:
- Qanda xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəliklərindən ölüm riskini artırır;