Yumurtanın içində inkişafda olan cücənin qidaya və suya ehtiyacı olduğu qədər, oksigen alıb karbon oksidi xaric etmək kimi funksiyanı da yerinə yetirir. Cücənin ayrıca sümüklərinin inkişafı üçün kalsiuma, suyunun qorunmasına və mexaniki zərbələrə qarşı bir qoruma sisteminə ehtiyacı var. Yumurta qabığı bütün bu ehtiyacları ödəyə bilir. Cücə qabıq pərdələrinin iç səthində olan bol damarlı bir təbəqə vasitəsi ilə oksigen alır və karbon oksidi xaric edir. Beləcə, qabığın içindəki cücə qabıqdakı kiçik deşiklər vasitəsi ilə hava alıb verir.
Yumurta qabığı təəccüb doğuran dərəcədə möhkəm olmağına qarşı, həm də çox incədir. Bu xüsusiyyət küt toyuğun istiliyinin yumurtanın içinə qədər asan şəkildə çatdırılmasını təmin edir.
Cücənin yumurtadan çıxarkən dimdiyini istifadə edərək özünə bir deşik açdığı ilk mərhələdə çox oksigenə və başını oynadacaq qədər bir boşluğa ehtiyacı var. Bu ehtiyaclar yumurtadakı suyun böyümə əsnasında istifadə edilməsi, dolayısı ilə yer açılması və bu açılan yerdə daha çox oksigen saxlanılmasıyla qarşılanar. Kürt dövrü əsnasında yumurtadakı suyun orta hesabla 16 faizi deşiklərdən çölə buxarlanıb yox olur.
3.2 Yumurtadakı möhkəmlik
Yumurta qabığının qaz, su və istilik tənzimləməsi üçün lazımi qədər möhkəm olması tələb olunur. Qabıq inkişafda olan cücəni xarici zərbələrə qarşı qoruyacaq qədər və kürtə yatan ananın ağırlığına tab gətirə biləcək qədər dözümlüdür.
Böyük quşların yumurtaları, ümumiyyətlə, sərt və kövrək quruluşa malikdir. Daha kiçik quşların yumurtaları isə yumşaq və elastikdir. Toyuq yumurtalarının qabığı sərt və kövrəkdir, ancaq yuvada bir-birinin üzərinə diyirlənəndə qırılmır.
Araşdırmalar kiçik quşların yumurta qabığının elastiki və dözümlü olduğunu göstərir. Əgər incə qabıqlı kiçik yumurtaların qabıqları da kövrək olsaydı, çox tez qırılardılar. Müəyyən bir zərbədə əyilməsi onların qırılmasına imkan vermir.
Yumurta qabığının kövrək ya da elastik quruluşda olması yalnız cücəni qorumaq baxımından deyil, onun dünyaya gəliş forması baxımından da təyinedici rol oynayır. Sərt və kövrək qabıqdan çıxacaq cücənin başını və ayaqlarını çıxartmadan əvvəl yumurtanın yastı ucunda yalnız bir-iki dəlik açması kifayət edir.