Qaz və ördəklərin yumurtalarını yalnız şirniyyatlarda istifadə etmək məsləhət görürülür, çünki burada onlar çox qaynar odda hazırlanır, lakin bunların da təzə olması mühümdür. Lakin əks təqdirdə bu insan orqanizmində paratif (qarın yatalağına oxşar yoluxucu mədə xəstəliyi) xəstəliyinin əmələ gəlməsinə yol aça bilər.
Toyuq yumurtaları mətbəxdə ən geniş yayılmış yumurta növüdür, həmçinin zülal, yağ və karbohidrat tərkibinə malikdir. Bir sözlə, toyuq yumurtasının tərkibində 74% su, 12-13% zülal, 11-12% yağ və 1% karbohidrat da var. Toyuq yumurtasının 100 qr-nın kalorisi 150-160 kkal-dir. Bütövlükdə toyuq yumurtasının kalorisi 40-dan 75-ə qədər dəyişir.
Toyuq yumurtasında, xüsusən sarısında, ümumiyyətlə, vitamin sayı çoxdur, yəni A, B1, B2, D, E, PP və eyni zamanda ferment, doymamış yağlı sirkə də var. Yumurtanın məhz sarısında karotin var ki, bu da insan orqanizminə yalnız qida vasitəsilə daxil ola bilər. Yumurtanın tərkibində yağlılığın olmasından qorxmaq lazım deyil. Bütün bunlardan əlavə, yumurtada foliet turşusu, müxtəlif vitaminlər yer alır. Çünki yumurtanın tərkibindəki maddələrdən biri bütün yağlılığı tərkibinə çəkərək mənimsəyir.
Bildirçin yumurtası toyuq yumurtasından olduqca xeyirlidir. Bu yumurtalar təzə olduğu təqdirdə uşaqlar üçün də mikrobsuz və zərərsizdir. Ümumi götürdükdə isə bu növdə olan yumurtalar toyuq yumurtalarından 2 dəfə artıq vitaminə və 5 dəfə artıq fosfor, kalsiuma malikdir. Üstəlik toyuq yumurtasından 4 dəfə artıq dəmir tərkiblidir. Bildirçin yumurtası ilə qidalanaraq immuniteti artırmaq, dözümlülük və ağıl gücünün aktivləşməsi, qarın xəstəliklərinin sağalmasına nail olmaq olar. Bildirçin yumurtası kalsium-karbonat tərkiblidir, hansı ki insan orqanizminə lazım olan kalsiumun daxil olmasında əvəzsiz rol oynayır.
3.1 Toyuq yumurtalarının fiziologiyası və istifadəsi
Uzun müddət saxlanılmış yumurtalar insan orqanizmi üçün xüsusi təhlükə deməkdir, burada onun ağ hissəsi daha da nəzərə çarpan olur. Buna görə də saxlanma şəraiti əhəmiyyətlidir. Bunların arasında, əlbəttə, kənd toyuqları daha xeyirlidir, çünki onlar təbii məhsullarla qidalanaraq, daha sağlam olurlar.