C. Təlim nəticəsi 3 - Toyuqlarda yumurtlama prosesi
Təlimin nəticəsi olaraq dinləyicilər:
1. Yumurtanın orqanizm üçün və sağlamlıqda əhəmiyyətini;
2. Toyuq yumurtasında gedən fizioloji prosesləri;
3. Yumurtanın möhkəmliyi və xarici görünüşü, tərkibi;
4. Yumurtanın çoxalma və qidalanmada əhəmiyyətli rolu;
5. Yumurtadakı xolesterinin orqanizmə müxtəlif təsirləri və toyuqlarda yumurtlama prosesini bilir.
Yumurta - bütün ətraf aləmdən seçilən və bir çərçivənin içərisində dünyaya gələn yeni həyatdır. Bu da o deməkdir ki, hər bir yumurtanın içərisində quş üçün lazım olan bütün hissəciklər var. Dünyada ən böyük yumurta dəvəquşunun yumurtası hesab olunsa da, siyahıya kolibri quşu liderlik edir. Çünki onun yumurtası öz çəkisindən 6% artıq olur. Lakin dəvəquşunun yumurtası quşun çəkisindən azdır. Onu da qeyd edək ki, balıqların da kürüsü minlərlə yumurta deməkdir.
Müasir zamanımızda isə heç bir mətbəxi yumurtasız təsəvvür etmək mümkün deyil. Yumurtalar çox vaxt müxtəlif komponentlərin bir-birinə bərkidilməsi üçün istifadə edilir,
bunlara misal olaraq su və yağı göstərmək olar. Yumurta o qədər geniş yayılmışdır ki, onun yerinə başqa nemət tapmaq mümkün deyildir. Amma, əlbəttə ki, yeni texnologiyalar bunu əvəz etmək üçün tərkibində yumurtanın bütün inqrediyentləri olan və quru halında hazırlanan yumurta tozunu istehsal edir. Yumurta tozu adlanan bu vasitə 1878-ci ildən etibarən hazırlanır, mayonez və bir çox qidaların da tərkibinə əlavə edilir. Bu kimi qidaların tamı yeməklərdən heç də fərqlənmir, həqiqi yumurtalardan ənənəvi texnologiya ilə düzəldilir.
Bütün quşların yumurtalarından mətbəxdə yararlanmaq olmaz. Bunlardan bəziləri olduqca yüksək tərkibə malik olsa da, digərləri üçün bunu demək düzgün deyil.