Toyuqların gəzinti sahəsində başqa heyvan növləri ilə birlikdə saxlanması təcrübədə uğurla nəticələnmişdir. Gəzinti sahələrinin vaxtında dəyişdirilməsi üçün təsərrüfat sahibindən yüksək diqqət tələb olunur və bu, həmin sahənin böyüklüyündən və formasından, hava şəraitindən və bitkilərin inkişaf fazasından asılı olaraq dəyişir. Təsərrüfat sahibi nəzərə almalıdır ki, yaşıl sahə çox məhv olmasın və köçürmə elə aparılmalıdır ki, yaşıllığın kökləri tam zədələnməsin və yaşıl sahənin bərpası prosesi təbii olaraq getsin. Qış aylarında bunun həyata keçirilməsi mümkün deyil. Lakin qış aylarında sahənin dəyişdirilməsi gigiyena baxımından əhəmiyyətli hesab olunur. Yaz aylarının əvvəlində seyrək hissələrin bərpası üçün toxumun səpilməsi vacibdir. Bundan əlavə, hasarların, qum yeşiklərinin və su qablarının yoxlanması, idarəetmə və sahənin qulluq işlərinə xüsusi diqqət ayrılmalıdır. Bildiyimiz kimi, açıq sahədə toyuqların sərbəst gəzintisi ilə yanaşı, yem xərclərinə də qənaət olunur. Yem məsarifinin azaldılmasında əlavə effekt sahədə yerə düşmüş payız yarpaqlarının təmizlənməsidir, bununla yarpaqların altında olan yaşıl ot cücərtisinin inkişafı üçün də şərait yaranır. Hava şəraitinin pis olması ilə əlaqədar xüsusilə qış aylarında toyuqların sərbəst gəzinti sahəsinə çıxarılması məhdudlaşdırılır. Yumurtaların gəzinti sahəsində gizli yerdə qoyulması yumurtalıq təsərrüfatında hesabatın aparılmasında, gəlir və xərclərin təyin olunmasında problemlər yarada bilər. Gəzinti sahəsində qoyulmuş yumurtaların çirklənmə ehtimalı da çoxdur. Gəzinti sahəsində toyuqların bərabər paylanması və sahənin təmiz saxlanmasında baytar nəzarəti də mühüm əhəmiyyət kəsb edir. Daha bir önəmli tədbir kimi torpağın üz səthinin dəyişdirilməsi də xəstəliklərə yoluxmadan qaçınmaq üçün çıxış yolu ola bilər.
Sərbəst iş üçün tapşırıqlar:
1.
Quşçuların tövlədə saxlanmasında əsas tələblər;
2.
Tövlədə işıqlanmanın əhəmiyyəti;
3.
Tövlənin temperaturunun quşçuluqda rolu;
4.
Cücələrin tövləsinin işıqlanması rejimi;
5.
Quşçunun 9 əsas qaydası;
6.
Yumurtalıq toyuqların təbii şəraitə uyğun saxlanması;
7.
Sərbəst gəzinti sahələrində qulluğun və idarəetmənin düzgün aparılması.