Heyvanların yaşıl gəzinti sahəsində saxlanması daha məqsədəuyğundur. Ekoloji yumurtalıq toyuq təsərrüfatlarında bu cür gəzinti sahələri hətta vacibdir. Açıq sahədə saxlanma adı altında toyuqların hərəkətinin sərbəstliyi ənənəvi yumurtalıq quşçuluq təsərrüfatlarında iqtisadi cəhətdən əhəmiyyətli rol oynayır. Tövlədən çölə sərbəst gəzinti sahəsinə giriş və çıxış tövlənin uzunu boyunca təşkil olunmalıdır, giriş və çıxışın hündürlüyü azı 35 sm və eni isə 40 sm olmalıdır.
500 yumurtalıq toyuq üçün giriş və çıxış qapılarının eni ən azı 100 sm olmalıdır.
Texniki çatışmazlıqlar nəticəsində qənaət edilib, 1000 yumurtalıq toyuğa giriş-çıxış yerlərinin eni 100 sm qoyulması düzgün hesab edilmir.
Toyuqların tövlədən çıxışının düzgün təşkili üçün çıxış yerləri tövlənin uzunu boyu bərabər paylanmalı və quş saxlanan binanın hər 100 m 2 -nə azı hər 4m-dən bir quşlar üçün çıxış yeri qoyulmalıdır.
Yaşıl gəzinti sahələrində növbəli gəzinti yerinlərinin olması mövcud sahədə yaşıllığın qorunması baxımından da əhəmiyyətlidir.
Təcrübə göstərir ki, üç sərbəst gəzinti sahəsində hər sahənin iki hissəyə ayrılması daha yaxşıdır. Tədqiqatlar göstərir ki, sərbəst gəzinti sahələrinin bu cür paylanması zamanı sahədə zərərvericilərin sayı azalır, yaşıl otun bərpası sürətlənir və toyuqların sahələrə bərabər paylanması daha da yaxşı olur. Hər bir bölmə 4 həftə istifadə edilir, bununla bir ayrılmış sahənin istifadəsi 8 həftə çəkir ki, bu da yaşıl sahənin bərpasında önəmlidir. Bundan başqa, sərbəst gəzinti sahəsində növbəli əkinin aparılması məsləhət görülür, məs: qarğıdalı və paxlalı bitkilərin əkini torpaqda tarazlığın yenidən bərpası üçün vacibdir.
Həmçinin gəzinti sahələrinin bölmələrində gigiyena baxımından toyuqların davamlı saxlanması məqsədəuyğun hesab olunmur.
Tövləyə yaxın sahələr tövlədən uzaq sahəyə nisbətən daha çox istifadə olunur.