Bəzi hallarda yalnız balıqdan da istifadə edilir. Eyni vaxtda çıxarılan cücələrdən, keyfiyyətli yemlə yemlənən cücələr bir ayda daha güclü inkişaf edirlər.
İstifadə olunan qutular lazımi qədər böyük olmalıdırlar ki, cücələrə yatmağa və qaçmağa kifayət qədər yer olsun. Lazımi temperaturu isə cücələrin davranışlarından müəyyən etmək olar. Əgər onlar bir yerə yığılıb sıxlaşsalar, onlara soyuqdur, əgər lampadan uzaqlaşsalar, deməli, onlar üçün istilik kifayət qədərdir.
Cücələrin qabağında həmişə yem olmalıdır. Yemləri qurtardıqda əlavə edilməlidir. Həddən artıq əlavə yemin qablara qoyulması yemin turşumasına səbəb ola bilər. İçməyə onlara dəmlənmiş itburnu, çobanyastığı, boymadərən vermək olar. Birinci həftə başa çatdıqdan sonra onları adi çiy suya öyrətmək olar (məişət suyu yox!). Bir ay ərzində lampa yanmalıdır. Onlar böyüdükcə lampanın hündürlüyünü dəyişərək temperaturu azaltmaq lazımdır. Belə şəraitdə onlar sutka boyu yeyir və tez böyüyürlər. Daha sonra onları qaranlığa öyrədilir. Bunun üçün gecə 2 saat işığı söndürmək və gündən-günə intervalı artırmaq lazımdır.
Sağlam cücələri aşağıdakı qaydalarla böyütmək olar:
Sağlam və möhkəm cücələr böyütmək üçün ancaq bioloji tam sağlam yumurtalardan istifadə etmək lazımdır. Bunun üçün çox gözəl və sağlam böyük quşları düzgün saxlamaq, göyərtini onlara lazım olan miqdarıyla təchiz etmək, köklər və s. yemlərdən istifadə etmək lazımdır. Bu yemlər vitaminlərin əsas mənbəyini təşkil edir.
Həmçinin quşçunun doqquz əsas qaydasını yadda saxlamaq lazımdır:
1. Artırılma üçün seçilmiş yumurtalar sərin şəraitdə 2 həftədən çox saxlanmamalıdır, soyuq şəraitdə saxlamaq olmaz.
2. İstifadə olunacaq yumurtaları cavan toyuqlardan yox, 1.5-2 yaşlı toyuqlardan götürmək lazımdır.
3. Seçilmiş toyuqların yanına 1 yaşdan cavan xoruzu yaxın buraxmayın.
4. Xüsusi olaraq yumurta almaq məqsədi ilə gücləndirilmiş rejimdə yemlənən toyuqların yumurtaları bu iş üçün yaramır.
5. İnkubasiya üçün yumurtaları xəstələnməmiş, tüktökmədən sonra gözəl görkəmli toyuqlardan alırlar.
6. Damazlıq quşu dar yerdə saxlamaq olmaz
7. Hin təmiz olmalıdır.
8. Yadda saxlamaq lazımdır ki, seçilmiş toyuqlar mümkün qədər çox yeriməlidirlər.