Quşçuluq fermaları gündəlik olaraq təbii işıq və süni işıq ilə təchiz olunur. Fermanın iqliminə nəzarət və normaya salınması ventilyatorlar və yaxud komplekt iqlim nizamlayıcı sistemləri ilə nail olunur. Tövlənin havası dəyişdirilir:
• Təzyiqli havalanma: Sərf edilmiş tövlə havasının sorulması (tez-tez istifadə edilir).
• Yuxarı hissədən təzyiqlə havalanma: Ventilyatorların köməyilə çöldəki hava tövləyə daxil olur. (Təcrübədə gözlənilən nəticəni az vermişdir).
• Bərabər təzyiqli havalanma: Ventilyatorları eyni miqdarda qoymaq və tövlənin çirkli havasını təmizləmək.
Hava cərəyanının qarşısını almaq və bununla xəstəlik riskini azaltmaq üçün mümkün qədər aşağı hava sürətini saxlamaq lazımdır.
Yemləmə üçün kifayət qədər uzunluqda yem qabları mövcud olmalıdır ki, bununla heyvanların hər zaman yem qəbul etməsi üçün rahat şərait olsun. Yem qabları elə qoyulmalıdır ki, mümkün qədər az yem itkisi olsun (2%-dən az). Bunlar yem qablarının dərinliyindən, yemlərin qablara dolma hündürlüyündən və yem qablarının enindən asılıdır. Yem qablarının uzunluğu quşların növlərinə uyğun ana xətlər və azad seçim əsasında təyin edilir.
Su təchizatı aparılarkən ferma yüksək keyfiyyətli, standartlara cavab verən su qabları ilə təchiz edilməlidir. Xüsusilə su qablarının təmizliyinə riayət etməli və qablara daim nəzarət etmək lazımdır ki, su qabdan daşıb döşəməni islatmasın. Bu zaman, xüsusilə isti günlərdə tövlədə suyun qablardan daşması rütubətli havanın artmasına səbəb olur. Bu da heyvanın sağlamlığına mənfi təsir edən amillərdən biridir.
2.2.1 Cücələrin düzgün yemlənməsi
Fevral-mart aylarında çıxarılan cücələr dözümlü və sağlam olur. Buna görə seçilmiş yumurtalar yanvarın sonunda və ya fevralın əvvəlində inkubatora qoyulması daha yaxşı nəticə verir. 30 gün əvvəl xoruz və toyuqları cinslərinə (sort) görə ayırmaq lazımdır.
Bu zaman qidalanma tam olmalı və yaxşı balanslaşdırılmalıdır.