10.1.6 Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin iştirakı
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır:
• Yerli büdcələrin tərkibində heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində xərclər müəyyənləşdirmək və təsdiq etmək;
• Bələdiyyə mülkiyyətinə aid edilmiş heyvanlar aləmi obyektlərinin mühafizəsi və istifadəsi üzrə normativ hüquqi aktlar qəbul etmək;
• Qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində zooparklar, zoobağlar, digər zooloji kolleksiyalar yaratmaq, onların mühafizəsini və istifadəsini həyata keçirmək;
• Yarımsərbəst və qeyri-sərbəst şəraitdə vəhşi heyvanlar saxlamaq, yetişdirmək və ticarət etmək;
• Heyvanlar aləminin və onların yaşayış mühitinin mühafizəsi və bərpası üzrə yerli ekoloji proqramlar hazırlamaq, təsdiq etmək və icrasını həyata keçirmək;
• Heyvanlar aləminin mühafizəsi və istifadəsi ilə əlaqədar dövlət orqanları və beynəlxalq təşkilatlar qarşısında müvafiq məsələlər qaldırmaq;
• Heyvanlar aləminə və onların yaşayış mühitinə zərərli təsir göstərə bilən müəssisələrin, qurğuların və digər obyektlərin yerləşdirilməsi, tikintisi, yenidən qurulması və istismarı haqqında qərarların inzibati və ya məhkəmə qaydasında ləğv edilməsini, habelə fiziki və hüquqi şəxslərin fəaliyyətinin məhdudlaşdırılmasını və dayandırılmasını tələb etmək;
• Öz səlahiyyətləri daxilində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
10.1.7 Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin iştirakı
Fiziki və hüquqi şəxslər, habelə ictimai təşkilatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlarda heyvanlar aləminin mühafizəsində, istifadəsində, artırılmasında, onların yaşayış mühitinin qorunmasında, yaxşılaşdırılmasında və bərpasında iştirak etmək hüquqlarına malikdirlər.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin, habelə ictimai təşkilatların hüquq və vəzifələri aşağıdakılardır: