• Heyvanlar aləminin mühafizəsi və istifadəsi üzərində dövlət nəzarətini həyata keçirmək;
• Heyvanlar aləmi obyektlərinin mühafizəsi, səmərəli istifadəsi, artırılması və bərpası qaydalarını və normalarını müəyyən etmək;
• Ayrı-ayrı heyvanlar aləmi obyektlərinin Azərbaycan Respublikasının hüdudlarından kənara aparılması və respublikaya gətirilməsini qadağan etmək və ya məhdudlaşdırmaq;
• Heyvanların arealının genişlənməsi, törəyib artması və qorunub saxlanması məqsədi ilə qoruqlar, yasaqlıqlar, zooloji parklar, xüsusi mühafizə olunan təbiət əraziləri yaratmaq;
• Heyvanlar aləminin dövlət uçotu, kadastrı və monitorinqi sistemini yaratmaq, Azərbaycan Respublikasının Qırmızı kitabının aparılmasını təşkil etmək;
• Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş, habelə qiymətli, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan növlərinin xüsusi mühafizə rejimini müəyyən etmək, onların qeyri-sərbəst şəraitdə artırılmasını təşkil etmək, genetik materialların saxlanılması üçün seleksiya mərkəzləri və genobanklar yaratmaq;
• Heyvanlar aləmindən istifadə limitlərini, istifadəyə görə ödəmə növlərini və dərəcələrini müəyyən etmək, ovçuluq işlərinin tənzimlənməsini həyata keçirmək;
• Heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir edə bilən müəssisələrin, texniki qurğuların, digər obyektlərin tikintisi, quraşdırılması və yenidən qurulması layihələrinin, dövlət ekoloji ekspertizasının keçirilməsini təşkil etmək;
• Təbii fəlakət və digər səbəblər nəticəsində dağılmış və ya məhv olmuş heyvanlar aləmi obyektlərinin bərpasını təşkil etmək;
• Heyvanlar aləminin öyrənilməsini, səmərəli istifadəsinin və mühafizəsinin vacibliyini geniş təbliğ etmək;
• Fiziki və hüquqi şəxslərin heyvanlar aləmi üzərində mülkiyyət və istifadə hüquqlarının müdafiəsini təmin etmək;
• Heyvanlar aləminin mühafizəsinə, səmərəli istifadəsinə və artırılmasına yönəldilmiş fəaliyyəti stimullaşdırmaq;
• Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.