c) Heyvanı kəsən şəxs heyvanın cəmdəyini yox etməzdən əvvəl onun ölmüş olduğuna tam əmin olmalıdır.
10.1.3 Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmənin əsas prinsipləri
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə aşağıdakı prinsiplərə əsaslanır:
• Heyvanlar aləminin mühafizəsi, artırılması və istifadəsi üzərində dövlət nəzarətinin zəruriliyi;
• Vəhşi heyvanların yaşayış mühitinin, miqrasiya yollarının, qışlama yerlərinin, nəsilartırma və çoxalma şəraitinin mühafizəsi;
• Heyvanlar aləmindən istifadənin humanist prinsiplərə uyğun olaraq həyata keçirilməsi;
• Heyvanlar aləmindən istifadə hüququnun su obyektlərindən, meşələrdən və digər təbii sərvətlərdən istifadə hüququndan ayrılması;
• Heyvanların sağlamlağına, təbiətə və iqtisadiyyata ziyan vurulmasının qarşısının vaxtında alınması məqsədi ilə heyvanların sayının tənzimlənməsi;
• Heyvanlar aləminin və onların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə bilən müəssisə və obyektlərin ekoloji ekspertizasının aparılması.
10.1.4 Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sistemi
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmə sisteminə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, bələdiyyələr və ictimai təşkilatlar daxildir.
10.1.5 Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
• Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət siyasətini həyata keçirmək və müvafiq normativ hüquqi aktlar qəbul etmək;