J. Təlim nəticəsi 10 - Heyvanların müdafiəsi qanunu
Təlimin nəticəsi olaraq dinləyicilər:
1.
Ev heyvanlarının saxlanması prinsipləri;
2.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində idarəetmənin əsas prinsipləri;
3.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlətin vəzifələri;
4.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində bələdiyyələrin iştirakı;
5.
Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində fiziki və hüquqi şəxslərin iştirakı;
6.
Məhsulların sahibinə satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin,
heyvan və quş cəmdəklərinin və s.) üzərində nişan qoyulması qaydaları haqqında ətraflı biliklər əldə
edir.
Bu Konvensiyanı imzalayan Avropa Şurasının üzv dövlətləri Avropa Şurasının əsas məqsədinin onun üzvləri arasında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu nəzərə alaraq, bütün canlılara hörmətlə yanaşmağın insan üçün mənəvi bir borc olduğunu etiraf edərək və ev heyvanlarının insana xüsusi münasibətinin olmasını nəzərə alaraq, ev heyvanlarının insanın həyat tərzinə keyfiyyətcə təsir göstərməsinin əhəmiyyətini və nəticə etibarilə cəmiyyətə verdiyi dəyəri nəzərə alaraq, insanın çoxlu sayda müxtəlif növ heyvan saxladıqda çətinliklərlə üzləşməsini nəzərə alaraq, ev heyvanlarının sayca çoxalmasının insanların və digər heyvanların gigiyenası, təhlükəsizliyi və sağlamlığı üçün təhlükə yaratdığını nəzərə alaraq, vəhşi fauna növlərinin ev heyvanları kimi saxlanılmasının təşviq edilməsinin məqsədəuyğun olmadığını nəzərə alaraq, ev heyvanlarının alınmasını, saxlanılmasını, kommersiya və qeyri- kommersiya məqsədilə damazlığı və satılmasını nizamlayan müxtəlif şərtlərdən xəbərdar olaraq, ev heyvanlarının heç də həmişə onların sağlamlığını və normal yaşayışını təmin edən şəraitdə saxlanılmadığından xəbərdar olaraq, bəzi hallarda məhdud bilik və məlumat üzündən ev heyvanlarına çox fərqli münasibət bəsləndiyini vurğulayaraq, məsuliyyətli ev heyvanı sahibinin meydana gəlməsi ilə nəticələnən əsas ümumi standart mövqelərin və təcrübələrin nəinki arzu olunan, həm də real məqsəd olduğunu nəzərə alaraq aşağıdakılar barədə razılıq əldə etmişlər: