Xəstəliyi keçirmiş quşlar ilk 2-3 ay müddətində öz həmyaşıdlarına nisbətən inkişafdan qalırlar.
Xəstəliyin xroniki forması adətən yaşlı quşlarda və bir aylıqdan yuxarı yaşda yoluxmuş cavanlarda müşahidə olunur. Binada olan quşlar arasında çoxlu miqdarda bakteriya daşıyıcı quşlar olanda və onların orqanizminin müqavimət qüvvəsi kəskin zəiflədikdə, xəstəlik iti, yaxud yarım iti formaya keçir. Belə toyuqlar yumurtlama qəfəslərində çox oturmaqla saqqal və pipikləri ağarır, ishal baş verir. Çoxlu miqdarda yaşlı quşların tələf olmasına səbəb olur.
Patoloji-anatomiki dəyişikliklər: Ölmüş embrionlarda sarılıq və xorioallantois pərdəsinin iltihabi damarların qanla dolğunluğu müşahidə olunur. Qaraciyər böyüyərək və onun səthində ağ-bozumtul nekroz düyünləri görünür. Çox vaxt ağciyərlərdə iltihab-nekroz düyünləri tapılır.
İldırımvari formada 1-3 günlük ölmüş cücələrdə ağciyərin iltihabı, qaraciyərin böyüməsi, öd kisəsinin şişməsi və sarılığın sorulmaması müşahidə olunur.
İti və yarım iti formada ölmüş cücələrdə qaraciyərdə, ürəkdə, ağciyərlərdə çoxlu nekroz düyünləri, serozlu, yaxud serozlu fibrinozlu perekardit, qaraciyərin böyüməsi, ağciyərin iltihabı, böyrəklərin şişməsi, sidik axarlarına sidik duzlarının toplanması, nazik bağırsaqların selikli təbəqəsinin iltihabı, korbağırsaq çıxıntılarına bozumtul ağ rəngli kütlənin toplanması müşahidə olunur.
Yaşlı quşlarda patoloji-anatomiki dəyişikliklər əsas etibarı ilə yumurtalıqlarda gedir. Ayrı-ayrı folekulların girintili-çıxıntılı, büzülmüş olmaqla əksəriyyətinin pərdəsi hiperemiya, tərkibindəki maye boz palçıq rəngdə olur. Bəzən serozlu fibrinozlu peretonit, dalaq və qaraciyərin böyüməsi, onların pareximasında xırda nerkoz düyünləri, perikard boşluğunda seroz, yaxud serozlu fibinozlu eksudat toplanması, ürək əzələsi və ağciyərlərdə düyünün əmələ gəlmələri müşahidə edilir. Bağırsaqların selikli təbəqəsi kataral fibrinozlu, yaxud difteriki iltihab vəziyyətində olur.
Diaqnozu: Pulloroz-tifin diaqnozu epizootoloji məlumata, kliniki nişanələrə, patoloji-anatomiki dəyişikliklərə, seroloji və bakterioloji müayinələrin nəticəsinə əsasən qoyulur.
Törədicinin kulturasını ayırmaq üçün ölmüş embrionların xorioalantois mayesi və sarılığından, ölmüş quşların ürək qanından, qaraciyərindən, öddən, sümük iliyindən ƏPA, ƏPB və vismut sulfit qida mühitinə əkilir.