Xəstəliyin baş verməsinə səbəb cücələrin normadan artıq temperatur şəraitində saxlanmasıdır. Belə ki, yüksək temperaturda körpələrdə mərkəzi sinir sistemini tormozlamaqla şərti reflekslərin pozulmasına və orqanizmin zəifləməsinə səbəb olur.
Pulloroz-tif baş verəndə qanın turşu-qələvi müvazinəti turşuluğa doğru pozulur. Bağırsaqların selik təbəqəsinin epiteli qatının bakteriyaları buraxmaq qabiliyyəti yüksəlir. Bağırsaqların divarına daxil olaraq lokalizasiya edir və çoxalırlar. Bakteriyalar makrofaqlarda yaxud leykositlərdə parçalandıqda azad olan endotoksin həm yerli həm də ümumi təsir göstərir. Quşların yemlənmə saxlanma şəraiti normal olduqda, həmçinin orqanizmin müqavimət qüvvəsini zəiflədən amillər olduqda pulloroz-tifin törədicisi bir sutka müddətində bağırsaqlarda inkubasiya olunaraq, qan vasitəsilə müxtəlif orqan və toxumalara yayılır, xəstəliyin kliniki nişanələrinin baş verməsinə səbəb olur. Müəyyən müddətə qanda yoxa çıxa bilirlər, lakin bu vaxt onlar böyük miqdarda qaraciyərdə, öd kisəsində, bağırsaqlarda, dalaqda, yumurtalıqlarda toplanırlar.
Kliniki nişanələri: İnkubasiya dövrü cücələrdə aerogen yolla yoluxanda 24-36 saat, alimentar yolla isə 4-6 gündür. Xəstəlik ildırımvari (septiki), iti, yarım iti və xroniki-latent formalarında keçir.
Xəstəliyin ildırımvari forması yüksək virulentli törədicisi ilə transokvarial yolla, həmçinin çıxış vaxtı böyük dozada aerogen yolla yoluxmuş cücələrdə müşahidə olunmaqla onlarda xəstəliyin kliniki əlamətləri görünmədən 1-2 gün ərzində tələf olurlar.
İti gediş çox vaxt 1-10 günlük cücələr arasında olur. Xəstələrin iştahası azalır, yaxud tamamilə olmur. Lakin suyu həvəslə içirlər. Onlar əzgin olmaqla ümumi sürüdən ayrılaraq istilik mənbəyinə yaxın toplanaraq oturur, gözləri tam, yaxud yarım açıq olmaqla qanadları sallanır. Xəstəliyin başlanğıcında həzm orqanlarının funksiyasının pozulmasının əlamətləri müşahidə olunur. Nəcisləri əvvəlcə horravari, yapışqanlı, sonra durulmaqla köpüklü, tabaşirvari bəzən sarımtıl rəngdə olur. Kloakanın ətrafında tüklər nəcisə bulaşmış olur, nəcis quruyaraq tıxac əmələ gətirir ki, bu da kalın sərbəst çıxmasına mane olur. Kloaka tıxananda xəstəliyin gedişi ağırlaşır və tələfat artır. Xəstələrin tənəffüsü çətinləşərək tezləşir, artan zəiflik nəticəsində cücələr ayaqüstə dura bilmirlər, yıxıldıqda qıcolma əlamətləri ilə ölürlər.
Yarım iti forma əsas etibarı ilə 20 gündən yuxarı yaşda olan cücələr arasında müşahidə olunur. İti formadakı əlamətlərlə keçir, lakin onlar bir qədər zəif olurlar.