Xəstəliyin yarımiti və xroniki formaları perikardda serozlu difteritiki yaxud kazeoz eksudat toplanması, bağırsaqların selikli təbəqəsində sekundar infeksiyanın törətdiyi difteriki yaraların aşkar edilməsi ilə səciyyələnir.
Dalaq tündrəngdə olmaqla 1,5-2 dəfə kiçilikki, buda immunokompontent sistemin blokadasını göstərir.
Diaqnozu. Xəstəliyin epizootoloji gedişinə, klinik nişanələrə və patanatomik dəyişikliklərə görə ilkin diaqnoz qoyulur. Dəqiq diaqnoz laboratoriya müayinələrinin köməyi ilə virusun ayrılması, onun patogenliyinin öyrənilməsi və seroloji identifikasiyasından sonra qoyulur. Xəstəliyi ördəklərin qripindən, hepatitdən, pasterelyoz və koksidiozdan təfriq etmək lazımdır.
Virusu ayırmaq üçün yarmadan 2-3 saata qədər əvvəl ölmüş quşlarm qaraciyər və dalağından istifadə edirlər: Patmaterial buzlu termosda götürüləndən 4 saat keçənə qədər laboratoriyaya çatdırılmalıdır. Virusu ayırmaq üçün 8-10 günlük ördək embrionların xorio-allantois boşluğuna, həmçinin toyuq fıbroblastlarınm ilk dəfə tripsinləşdirilmiş toxuma kulturasını yoluxdururlar. Bioloji sınağı 18- 22 günlük ördək balalarında qoyurlar.
Mübarizə tədbirləri və profilaktika. Hazırda ölkədə bu xəstəliyin qeydə alınmaması ilə əlaqədar olaraq bütün tədbirlər xəstəlik törədicisinin ölkəyə gətirilməsinin qarşısının alınmasına yönəldilmişdir. Xəstəlik baş verdikdə xəstə və yoluxmağa şübhəli quşlar öldürərək yandırılır. İnfeksiya ocağım zərərsizləşdirmək üçün kompleks tədbirlər görülür.
Xəstəliyin profilaktikası üçün anac ördəkləri və cavanları liofilizasiya olunmuş vaksinlərlə onların təlimatlarına müvafiq qaydada peyvənd edirlər.
8.10 Qazların viruslu enteriti
Qazların viruslu enteriti (qazların qripi, Derji xəstəliyi, qazların viruslu hepatiti, yaralı nekrotiki enterit, qazların inflyusensiyası - Enteritidis viralis anserorum) - kontagioz virus xəstəliyi olmaqla mədə-bağırsaq traktının, ağciyərlərin, digər orqanların zədələnməsi və cavanların tələfatı ilə səciyyələnir.
Törədicisi. Parvoviruslar ailəsinə mənsubdur. Xioroforma, efirə və 0,25%-li tripsin məhluluna həssasdır. Qliserinin 40%-li məhlulunda 2 il, liofılizasiya olunmuş allantois mayesində 4°C-də 15-18 il salamat qalır. Virus 60°C-də 60 dəqiqəyə, 70°C-də 10 dəqiqəyə tələf olur.