Tələfatın miqdarı quşların yaşından, yemləməsindən, saxlama şəraitindən, virusun virulentliyindən və xəstəliyin formasından çox asılıdır. Ayrı-ayrı hallarda quşların 10%-dən 70%-ə qədər, xəstəlik difteroid və qarışıq formalarda, xüsusilə ikinci mikroflora ilə mürəkkəbləşəndə cavanlar arasında böyük tələfat verir.
Patoloji-anatomiki dəyişikliklər: Xəstəliyin forması və gedişi əlaqədar olmaqla onun kliniki nişanələrinə müvafiq olur. Dəri və qarışıq formalarda çiçək dəyişiklikləri əksər hallarda dəridə və ağız boşluğunun, qırtlaq, traxeya, bronxların selikli təbəqələrində, udlaqda, qida borusu və bağırsaqların selikli təbəqələrində lokalizasiya olur.
Difteroid formasında dəyişikliklər qırtlaq, traxeya, bronxların və sinusların selikli təbəqəsində daha çox təsadüf edilir.
Hava kisələri yoluxduqda onların divarları bulanır, burun dəliklərindən selikli-irinli ekssudat axır. Gözaltı sinuslar yoluxanda isə onlar traxeyada olduğu kimi sarımtıl-boz ovuntu şəkilli şorvari kütlə ilə dolurlar. Proses konyuktivə və gözə də keçir. Bəzi quşlarda dəridə dəyişikliklərin zəif olmasına baxmayaraq o, daxili orqanlarda qüvvətli gedir və qaraciyərdə xırda sarımtıl nöqtələrin, epikardda və seroz örtüklərində nöqtəvari qan sağıntılarının əmələ gəlməsi, ağciyərlərin şişkinləşməsi ilə xarakterlənir. Xəstəlik xroniki gedəndə ağciyər və ürək böyüyür, dalaq azca böyüməklə şişkinləşir.
Diaqnozu: Epizootoloji məlumata, kliniki nişanələrə, patoloji-anatomiki dəyişikliklərə və laboratoriya müayinələrinin nəticəsinə əsasən qoyulur.
Xəstəliyin dəri formasında müvafiq epizootoloji məlumata görə, dəridə xarakterik çiçək səpgilərinə diaqnozu təyin etmək çətin deyildir. Əgər proses ancaq ağız, burun boşluqlarında və ya konyuktivada, yaxud daxili orqanlarda gedərsə, mümkün qədər çoxlu quşu müayinə edərək bir neçə baş çiçəyə xas olan nişanələrlə xəstə quş tapıb onların yaralarından yaxma hazırlayıb çiçək vizionunun aşkar etmək üçün mikroskopiya etmək lazımdır. Şübhəli hallarda bioloji sınaqdan istifadə olunmalı, onların təzə hələ ikinci mikroflora ilə mürəkkəbləşməmiş çiçək səpgilərindən yaxmalar hazırlayaraq gümüşləmə üsulu ilə boyayıb mikroskopiya olunmalıdır. Bioloji sınaq məqsədilə 40-60 günlük çiçəklə xəstələnmiş və peyvənd olunmamış cücələr yoluxdurulur. Bunun üçün şübhəli səpgi, yaxud yaranın qərtməyi və zədələmiş toxumasından götürüb steril həvəng dəstədə əzib fizioloji məhlulda 1:10 nisbətində suspenziya hazırlanır.