- Quşçuluq təsərrüfatından, kəsim məntəqəsindən və inkubatoriyadan quş məhsullarının tədarük edilməsinə, kənara çıxarılmasına və satışına yol verilməsi üçün ciddi nəzarət edilməli;
- Təsərrüfatda sonuncu xəstə aşkar edilən müddətdən 4 həftə sonra təhlükəli zonada olan bütün quşlara baxış keçirildikdən və infeksiya mənbəyində son dezinfeksiya işləri aparıldıqdan sonra karantin götürülməlidir.
8.8 Quşların çiçək xəstəliyi
Quşların çiçəyi ariola aviumkontakioz xəstəlik olmaqla dəridə spesifik çiçək yaralarının, ağız boşluğunun, yuxarı tənəffüs yollarının selikli təbəqəsində tefteriod yaralarının və konyuktivin əmələ gəlməsi ilə xarakterikdir.
Çiçək xəstəliyi dünyanın bir sıra ölkələrində yayılmışdır. Onun verdiyi iqtisadi zərər xəstə quşların tələf olması və məcburi kəsilməsindən, yumurta məhsuldarlığının 5 dəfədən də artıq azalmasından və sağaldıqdan sonra ləng bərpa olunmasından, inkubasiya olunan yumurtalarda cücə çıxmasının 80%-ə qədər azalmasından, cavanların böyümə və inkişafdan qalmasından, xəstəliyi keçirmiş quşların digər yoluxucu xəstəliklərə daha həssas olmasından, sağlamlaşdırıcı tədbirlərin aparılması ilə əlaqədar olaraq çəkilən xərclər və digər amillərdən ibarətdir.
Quşların çiçəyi ilk dəfə 1775-ci ildə Quzard toyuqların konyuktivi adı ilə təsvir etmişdir, difterit isə ayrıca xəstəlik kimi lap qədimdən məlum idi. Xəstəliyin əsl törədicisi müəyyən edilənə qədər bir sıra tədqiqatçılar quşların çiçək və difteritinin bir xəstəliyin iki forması olması söyləmişlər.
Alim çiçəyin profilaktikası üçün toyuq və hind quşlara çiçəyin viruslarını bioloji yolla məqsədyönlü dəyişdirərək ilk altenusiya olunmuş 27-AŞ və Bakı ştammlarını almış və onlardan yüksək səmərəli quru embrion virus vaksinlər hazırlanmasını işləmişdir.