- Təsərrüfata inkubasiyalıq yumurtanı yaxud bir günlük cücələri ancaq yoluxucu xəstəliklərdən sağlam olan damazlıq təsərrüfatlardan gətirilməli;
- Təsərrüfatın ətrafında 5 km radiusda sağlam zona yaratmalı
- Təsərrüfatın ətrafına hasar çəkmək, sanitar buraxılış məntəqəsi tikməklə onun qapalı formada fəaliyyət göstərməsini təmin etməli;
- İstehsalat zonasına daxil olan nəqliyyat vasitəsi və tara əvvəlcədən dezinfeksiya olunmalı;
- Təsərrüfatda quş partiyaları arasında sanitar fasiləyə riayət etməklə binalarda dəqiq sanasiya aparmaq və “hamısı dolu-hamısı boş” prinsipinə əməl etməli;
- Təmir üçün cavanları izolyasiya olunmuş zonada, yaxud ayrıca təsərrüfatda yetişdirməlidir.
Nyukasl xəstəliyi baş verdikdə təsərrüfata karantin qoyulmalı və KTN yanında DBNX-ə tərəfindən təsdiq olunmuş bu xəstəliyə qarşı mübarizə tədbirləri haqqındakı təlimata müvafiq tədbirlər görülməlidir.
Karantin qoyulması qaydaları: Quşlarda nyukasl xəstəliyinə diaqnoz qoyulduqdan sonra “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.8-ci maddəsinə uyğun olaraq hazırlanan “Karantin qoyulan ərazidə qoruyucu karantin, xüsusi baytarlıq və digər tədbirlərin baş vermiş xəstəliyin yayılma təhlükəsi olan zonalarda məhdudiyyət və xəbərdarlıq təyinatlı işlərin aparılması” qaydalarında nəzərdə tutulan tələblərə ciddi əməl olunmalıdır.
Karantin qoyulmuş təsərrüfatlarda və təhlükəli zonada aşağıdakılar qadağan edilir:
- Quşçuluq təsərrüfatlarına kənar şəxslərin buraxılması
- Quşların, quş məhsullarının satışı və tədarükü
- Həmin ərazidən kənara, eləcə də kənar yerlərdən bütün əraziyə quşların və onların məhsullarının buraxılması;
- Quşların nyukasl xəstəliyinə görə qeyri-sağlam olan quşçuluq təsərrüfatlarında bütün quşlar təcili olaraq qansız üsulla məhv edilir. Yardımçı təsərrüfatlarda təlimat əsasında yuyucu natrium qələvisi, formalin, xlorlu əhəng və digər viruslara təsiredici maddələr ilə dezinfeksiya edilməli;
- Quşların peyini, döşəmə və yem qalıqları biotermiki olaraq təcrid olunmuş qaydada zərərsizləşdirilməli;