Vaksin məhlulunun suda səmərəli sabitləşdiricisi bir litr suya 1 q quru süddür.
Quşların aerozol peyvəndi ən səmərəli və asan üsuldur. Bu üsulun səmərəsi vaksinin konsentrasiyası, disporsiyasından, quşun fizioloji vəziyyətində tətbiq olunan vaksindən və s. amillərdən asılıdır. Aerozolun hissəcikləri nə qədər kiçik olsa onun səmərəsi o qədər yüksək olur. Lakin xırda hissəciklər ağciyər alveollarının dərinliyinə keçərək mürəkkəbləşmələrə səbəb olur. Ona görə də körpə cücələri iri disporsiyalı, iri yaşlıları isə xırda disporsiyalı aerozolla peyvənd etmək məsləhətdir. Respirator xəstəliklərinə görə sağlam olmayan təsərrüfatlarda peyvəndi bu üsulla aparmaq məsləhət deyildir.
Fərdi peyvənd üsullarından ən çox işlədilən burun boşluğuna və konyuktivə damızdırma üsullarıdır. Bunlar səmərəlilik cəhətindən bir- birinə yaxındırlar, zərərsizdirlər və preparatın düzgün dozada tətbiq edilməsi mümkündür. Lakin yerinə yetirilmələri mürəkkəbdir.
“CEBAK new k” və “H” ştammlarından olan vaksinlər əsas etibarı ilə döş əzələ daxilinə, yaxud boyun nahiyəsi dərialtına yeritmə yolu ilə tətbiq olunur. Göstərilən vaksinlər yüksək səmərəli olmaqla sağlam təsərrüfatlarda cücələr 20-25 günlük yaşda preparatların tətbiq olunma təlimatlarına müvafiq qaydada peyvənd edildikdə 60 günlük immunitetin əmələ gəlməsinə səbəb olur. Lakin nyukasl xəstəliyinə görə qeyri-sağlam yaxud yoluxma təhlükəsi olan təsərrüfatlarda cücələrin epizootiki virusla yoluxma təhlükəsi olduğuna görə onları körpə vaxtı hələ bədənlərində anadangəlmə immunitet olduğu vaxtı peyvənd etmək lazımdır. Passiv immunitet peyvənddən sonra gərgin və uzun müddətli immunitetin yaranmasına mane olduğuna görə qısa müddətdən sonra təkrar peyvənd etmək lazım gəlir. Belə halda əvvəlki peyvənddən əmələ gəlmiş əks-cisimlər sonrakı peyvənddə əks-cisimlərin yaranmasına mane olur. Bununla yanaşı peyvəndin səmərəsi, xüsusilə “B1” və “Klon-30” ştammlarından olan vaksinləri işlədən zaman, quşların fizioloji vəziyyətindən, immun fondan, yemləmədən, saxlamadan və digər xəstəliklərin yayılmasından çox asılıdır.
Peyvənddən 3-5 gün əvvəl quşlara baytril, gentomisin, kolistin, enrolin, tilazin və digər dərman maddələrinin verilməsi müsbət nəticə verir. Dərman maddələri ilə yanaşı, A, C və B vitaminlərinin verilməsi də peyvəndin səmərəsini artırır. Peyvənddən 2 və 5 gün əvvəl 2 dəfə binanın hər 1000 m3 həcminə 5 q B1 və 50 q C vitaminin aerozol formasında işlədilməsi əks-cisimlərin titrinin artmasına, cücələrin gümrah olmasına və məhsuldarlığın yaxşılaşmasına səbəb olur.
Nyukasl xəstəliyinin profilaktikası ciddi nəzarət altında aparılan peyvəndlə yanaşı, aşağıdakı tədbirlərin də aparılması vacibdir: