Yoluxdurmaq üçün onu 0,2 ml 10-11 günlük toyuq embrionunun hava boşluğu tərəfindən allantois boşluğuna yeridilir. Embrionları 370C hərarətdə 72 saat inkubasiya etdikdən sonra allantois maddəsini hemaqqulyutinasiya reaksiyası ilə müayinə edirlər. Ayrılan virusu vaksin ştammında təfriq etmək üçün onun virulentliyini müəyyən etmək lazımdır. Bu məqsədlə 20-25 baş peyvənd olunmamış quş yoluxdurulur. Quşları allantois mayesi ilə 0,2 ml əzələ içərisinə vurmaqla yoluxdururlar. Yoluxdurulmuş quşlar təcrid olunmuş şəraitdə 14 gün saxlanılır. Əgər materialda virus varsa quşlar 4-7-ci günlərdə ölürlər.
Peyvənd olunmuş və virulentli virusla yoluxmuş quşlarda əks-cisimlərin titrinin artmasının dərəcəsi peyvənddən sonra yaranmış immunitetin gərginliyindən və virulentli virusun ştammından asılıdır. Peyvənddən sonrakı immunitetin gərginliyi nə qədər yüksək olarsa, virulentli virusa yoluxma o qədər zəif olacaqdır. Peyvənddən 7-14 gün sonra quşlarda antihemoqqlyutinlərin titrinin 1:2048 olması sürüdə makroorqanizmlə (quş) mikroorqanizm (virus) arasında tarazlıq vəziyyətinin yaranmasını göstərir. Əks-cisimlərin titrinin 1:4096-1:8192 çatması epizootiki vəziyyətinin pisləşməsini əks etdirir. Bu vaxt zərərli stress amillərinin təsiri xəstəliyin baş verməsinə səbəb olur.
Təsərrüfatın epizootiki vəziyyətini aydınlaşdırmaq üçün hər binadan 20-25 quşdan qan götürərək hemaqqlyutinasiyanın ləngidilməsi reaksiyasının (HALR) köməyi ilə qan serrumunda əks-cisimlərin titri ilə müəyyənləşdirilir.
Profilaktika: Nyukasl xəstəliyin profilaktikası epizootik situasiyadan asılı olaraq 3 əsas hissədən ibarətdir.
1. Xəstəlik törədicisinin bölgələrə gətirilməsinin qarşısını almaq üçün təsərrüfatları ciddi təcrid etməklə xəstəliyə yoluxmuş ana sürüsü və damazlıq yumurta gətirilməsini qadağan etmək.
2. Xəstəlik baş verdikdə və yoluxma təhlükəsi olan binadakı quşların hamısını ləğv etməklə onun ətrafındakı təsərrüfatlarda peyvənd aparmaq.
3. Nyukasl xəstəliyi stasionar xarakter olan və xəstəliyin çətin ləğv olunmasını nəzərə alaraq bütün quşları planlı şəkildə peyvənd etməkdir.
Birinci iki tədbirlərin yerinə yetirilməsi nəticəsində nyukasl xəstəliyindən quşların qorunması səmərəli olmaqla ucuz başa gəlir. Bu üsuldan Almaniya, Fransa, İngiltərə, ABŞ, Kanada, Skandinaviya və Baltikyanı ölkələrdə istifadə olunur.
Dünyanın bir sıra, xüsusi ilə iqlimi isti və əhalisi sıx olan ölkələrdə xəstəliyin yayılmasının qarşısını bu üsulla almaq mümkün olmur.