Xəstəliyə görə sağlam olmayan təsərrüfatlarda broyler cücələri 23-27-ci günlükdə xəstələnirlər və yüksək titrdə əks-cisimlər 30-32 günlükdə tapılır. Yumurtalıq istiqamətli quşçuluq təsərrüfatlarında mütəmadi olaraq nyukasl xəstəliyinə qarşı profilaktiki peyvənd aparıldığına görə xəstəliyin xarakterik kliniki nişanələri və patoloji-anatomik dəyişiklikləri görünmür. Ancaq yumurta məhsuldarlığının kəskin azalması və tək-tək quşların əsnəmə əlaməti ilə keçir. 2-3 həftədən sonra məhsuldarlıq bərpa olmağa başlayır lakin əvvəlki həddə çatmır.
Patoloji-anatomiki dəyişikliklər: Xəstəlik üçün xarakterik dəyişiklik daxili orqanlarda qan sağıntısıdır. Orqanlarda gedən dəyişikliklər virusun virulentliyindən, tropozmindən, quşların fizioloji vəziyyətindən, onların immun fonundan və digər amillərdən asılıdır.
Qan sağıntıları əsas etibarı ilə vəzili mədəni və bağırsaqların selik təbəqəsində lokolizasiya olur. Vəzili mədənin selik təbəqəsi şişkinləşir və kəskin böyüyür vəzilər aydın görünür. Vəzilərin aptikal səthində qan sağıntıları, bəzən də nekroz ocaqları müşahidə olunur. Qan sağıntıları diffuz xarakter daşıyır, əzələli mədə ilə sərhəddə isə kəmər şəklində qan sağıntısı olur.
Bağırsağın selik təbəqəsində hiperemiya, məhdud sahələrdə qan sağıntıları, üstü nekrotik-fibrin qatı ilə örtülmüş yaralar müşahidə olunur. Bağırsaqların limfoit folikullarında nekrozlu güclü desturiktif dəyişikliklər nəticəsində xırda butonlar şəklində şorvari tıxaclar əmələ gətirir. Nadir hallarda epikart və perikartda qan sağıntıları müşahidə olur.
Xəstəliyin ən xarakterik patoloji-anatomik nişanəsi on iki barmaq və yoğun bağırsaqların kataral-hemorroloji iltihabı və butonlarıdır. Butonlar çox vaxtı yoğun bağırsağın kor çıxıntılarını buferkasiya yerində rast gəlinir. Butonlar yerləşən sahədə bağırsaq qalınlaşmaqla göyümtül, qırmızı rəngdə olur, selik təbəqəsi yaralı, nekrozlaşmış olmaqla çətin soyulur.
Nyukasl xəstəliyinə görə stasionar sağlam olmayan təsərrüfatlarda xəstəlik təkrar olaraq peyvənd olunmuş quşlarda baş verəndə xarakterik nişanələr müşahidə olunmur. Quşlarda çox vaxt pnevmoniya, kataral enterit, vəzli mədənin 2-5 məməciyində və kor bağırsaqların buferkasiya yerində qan sağıntıları müşahidə olunur. Bu dəyişikliklər xəstəlik başlayandan 2-3 gün sonra ölən quşlarda 3-4% rast gəlinir.
Yaşlı quşlarda xəstəliyin başlanğıcında ölüm artır, xəstələrdə süstlük və yumurtanın azalması baş verir. Patoloji-anatomik yarmada peretonit və hepatit görünür.