Lakin bina, yaxud həyətdəki quşların böyük yaş fərqi olanda onların ümumi fonu qeyri-bərabər olur, virus bunlardan immuniteti zəif olan quşların bədənində passaj olaraq uzun müddət dövr edir.
Xəstəliyə görə sağlam olmayan ölkələrdə quşlar arasında daimi peyvənd aparılması təsərrüfata virus düşəndə çox vaxt stasionar xarakter daşıyır, virus quşlar arasında uzun müddət qalaraq və müəyyən şəraitdə xəstəliyin yenidən baş verməsinə səbəb olur. Quşların peyvənd vaxtı əmələ gəlmiş nöqsanlar, müxtəlif stress amillərin təsirindən orqanizmin müqavimət qüvvəsinin zəifləməsi bu şəraitin yaranmasına köməklik göstərir. Stasionar qeyri-sağlam təsərrüfatlarda xəstəlik yenidən çox vaxt əvvəlcə cücələr arasında baş verir, sonra isə yaşlı quşlara keçir. Lakin çox vaxt xüsusilə broyler fabriklərində cücələr nyukasl xəstəliyindən öldükləri halda yaşlı quşlar xəstələnmir, onların yoluxmasını isə antihemaqqlyutinlərin titrinin yüksək olmasıdır. Bəzən də yumurta məhsulunun kəskin azalması ilə müəyyən edirlər.
Quşçuluq təsərrüfatlarında məhdud sahədə çoxlu miqdarda müxtəlif yaşda quşlar olanda və bunların bir hissəsi vaxtaşırı dəyişiləndə virus uzun müddət təsərrüfatda qalır. Quşları nyukasl xəstəliyinə qarşı peyvənd etdikdə onların hamısında nəticə eyni olmur. Onların bir hissəsi xəstəliyə tam həssas, bir hissəsi zəif həssas, digər az bir hissəsi isə həssas olmurlar və axırıncılar epizootik virusla kontaktda olduqda dərhal xəstələnərək ölürlər. Bunlar az olduqlarına görə onların ölümü təsərrüfata çox böyük iqtisadi zərər vermiş, lakin virus belə zəif immuniteti olan quşların bədənində passaj olmaqla ona adaptasiya olunur. Bundan sonra virus zəif həssas olan quşların bədənində inkişaf edib çoxalaraq onların xəstələnməsinə səbəb olur və beləliklə getdikcə virus daha qüvvəli immuniteti olan quşların orqanizmində inkişaf etməyə uyğunlaşaraq çoxalır və öz virulentliyini artırır. Belə ki, tez-tez dəyişən və immun fonu bərabər olmayan çoxlu miqdarda quşun olması virusun qalması üçün əlverişli şərait yaradır. O, zəif immuniteti olan quşlarda çoxalaraq subkliniki formada xəstəlik yaratmaqla yayılır.
Patogenezi: Quşun bədəninə daxil olmuş virus qana keçir və əsas etibarı ilə dalaqda çoxalır. Virus yoluxmadan 20 saat sonra qan dövranına daxil olur. Virusun təsirindən hematoelcefalik baryerin keçiricilik xassəsi pozulur və viremiya inkişaf edir. Qan damarlarının divarları boşalır və genişlənir. Ürək əzələsində distrofiki, degenerotiv dəyişikliklər inkişaf edərək onun zəifləməsinə səbəb olur. Bu dəyişikliklər qan dövranının pozulmasına və hiperemiyanın, qan durğunluğunun inkişaf etməsinə, şiş və qan sağıntılarının əmələ gəlməsinə səbəb olur.