Körpə cücələrin əksəriyyətinin 75-100%-i intraorbital üsulla yoluxdurulandan 18-48 saat sonra, vena daxilinə yoluxdurulandan 90-120 günlük cücələrin isə pasterellyoz üçün xarakterik olan patoloji anatomiki dəyişikliklərlə ölmələri ayrılan pasterella kulturaları xəstəliyin etioloji amili olmasını sübut edir.
Quşlarda pasterellyozu müəyyən edərkən onu nyukasl xəstəliyindən, spiroxetozdan, kolibakteriozdan, pulloroz tifdən, stafilokokkozdan və streptokokkozdan təfriq etmək lazımdır.
Spiroxetoz bəzən pasterellyoz kimi ağır əlamətləri ilə keçməklə çoxlu quşun tələf olmasına səbəb olur. Lakin məhdud sahədə yayılması, sinir sisteminin pozulması əlamətlərinin olması, xəstəlik qanından hazırlanan yaxmalarda spiroxetlərin tapılması, göyərçin və siçanların xəstəliyə həssas olmaları ilə pasterellyozdan fərqlənir.
Nyukasl xəstəliyindən quşların bu xəstəliyə 15-20 günlük yaşda həssas olmaları, antibiotik və sulfanilamid preparatlarının verilməsinin səmərəsiz olması, bəzi xəstələrdə iflic əlamətlərinin görünməsi, ağ siçan və dovşanların həssas olmaları, bakterioloji müayinədə pasterella multocidanın ayrılması ilə və digər əlamətlərlə təfriq olunur.
Müalicə və profilaktikası: Pasterellyozun müalicə və profilaktikası üçün nitrofuran qrupundan-furagin, furazalidon; antibiotiklərdən-polimeksin, gentamisin, kolistin; xinolon qrupundan-baytril, enrolin, flaksan, enroflaksasin preparatları geniş tətbiq olunur. Xüsusi ilə preparatların yem və su ilə həmçinin aerozol üsulla işləndilməsinə çox əhəmiyyət verilir.
Pasterellyoz ilə mübarizədə işlədilən xinolon qrupundan baytril orqanizmdən tez xaric olur. Ona görə də su ilə gündə 2 dəfə bir litr suya 0,5 ml hesabı ilə 4-5 gün verilməsi məsləhətdir.
Enrolin qrupundan olan dərman preparatları kumiliyativ xassəyə malik olmaqla quş orqanizmində toplanıb qalır. Bir litr suya 0,5-0,7 ml hesabı ilə gündə 1 dəfə 4-5 gün verilir.
Pasterellyozla mübarizədə uzun müddətli təsirə malik olan antibiotiklərdən-gentamisin, kolistin, oksilin işlədilməsi daha səmərəlidir. Onlar orqanizmdə 14 günə qədər qalmaqla yüksək terapevtiki səmərəyə malikdirlər.
Pasterellyozla xəstə quşları müalicə edərkən birinci 1-2 gündə dərman maddələrini 1,5, yaxud 2 qat dozada verilməsi özünü doğruldur. Belə halda orqanizmdə qısa müddətdə preparat terapevtiki dozada yığılır və nəticədə yeni xəstələrin ayrılması dayanır.
Göstərilən və digər dərman preparatlarının baytarlıq-sanitariya tədbirləri ilə kompleks tətbiq olunması təsərrüfatda quşların tələfatının qarşısını alır.