Quşun çəkisi azalan zaman fibrinozlu peritonit, yumurtalıqların iltihabı aşkar olunur.
Diaqnozu: Pasterellyozun diaqnozu kompleks olaraq epizootoloji məlumatı, kliniki nişanələri, patoloji anatomik dəyişiklikləri və bakterioloji müayinənin nəticəsini nəzərə alaraq qoyulur.
Quşların pasterellyozunun bakterioloji diaqnostikası aşağıdakı üsullardan ibarətdir:
- Daxili orqanlardan ayrılan (qaraciyər, dalaq və qandan yaxmaların mikroskopiyası) patoloji materialları süni qida mühitlərinə əkmək, yaxud bioloji üsulla laboratoriyada heyvanları və quşları yoluxdurma yolu ilə törədicinin kulturasını ayırmaq;
- Ayrılmış kulturaların identifikasiya edilməsi;
- Ayrılmış kulturaların virulentliyinin təyin edilməsi
Laboratoriyaya daxil olmuş patoloji materialdan süni qida mühitlərinə əkilir, parenximatoz orqanlardan suspenziya, orqanlar və ürək qanından yaxmalar hazırlanır.
Hazırlanmış və fiksasiya olunmuş yaxmalar leffler abısı, ramonovsk- gimza boyası və qram üsulu ilə boyanırlar. Pasterellyoz xəstəliyində belə yaxmaları mikroskopiki müayinə etdikdə gödək, ucları yumru oval formalı bipolyar boyanmış çöplər görünür.
Törədicini ayırmaq və təfriq etmək üçün daxili orqanlar (ürək, qaraciyər, dalaq, ağciyərlər, yumurtalıq follikullaları, toxumalar, sümük iliyi, qan) və şişmiş sahələrdən (saqqal, gözaltı sinuslar, çənəarası sahə, ətraf oynaqları) 5-10%-li aminopeptid-2 və ya iribuynuzlu heyvan qanının steril 5%-li serrumu ilə zənginləşdirilmiş ƏPB (Ət-peptonlu bulyon) və ƏPA (Ət-peptonlu aqar) qida mühitlərinə əkirlər. Bu məqsədlə 20 %-li (bir yumurtanın sarısına 200 ml fizioloji məhlul qarışdırmaqla) yumurta sarısı qatılmış ƏPA-dan istifadə etmək olar. Əkilmiş bərk qida mühitləri 37oC hərarətdə 24-48 saat kultivasiya edilir.
Pasterellaların təmiz kulturasını almaq üçün patoloji materialdan 2-3 ədəd petri fincanlarına zənginləşdirilmiş ƏPA-da köçürmə üsulu ilə əldə etmək olar. Bununla yanaşı, təmiz kultura almaq üçün bioloji sınaqdan da istifadə edilə bilər.
Bu məqsədlə patoloji materialda əkilmiş sutkalıq bulyon kulturasından, mikroskopiki müayinədə pasterellalarla yanaşı, digər mikroorqanizmlər də aşkar edilmişdirsə, ağ siçanlara dəri altına 0,5 ml vurulur. Siçanlar üzərində 10 gün müşahidə aparılır. Adətən siçanların əksəriyyəti 2-5-ci günlərdə ölürlər. Belə siçanların ürək qanı və qaraciyərlərindən pasterellanın təmiz kulturası alınır.