Qandan və ölmüş quşların orqanlarından hazırlanan yaxmalarda adi anilin boyaları və gummra boyası ilə bi-polyar boyanır. Ət peptonlu bulyon (ƏPB) qida mühitini 48 saatdan sonra bulandırır və bir neçə gündən sonra mixbər şüşəsinin dibində çalxalayan vaxtı saç şəklində qalxan selikli çöküntü, bundan əlavə, bəzi ştammlar isə bulyonun səthində zəif ağ bozumtul pərdə də əmələ gətirir. Ət peptonlu aqar (ƏPA) qida mühitində xırda şəffaf şehvari koloniyalar şəklində əmələ gəlir.
Bərk qida mühitlərində boyun xarakterinə görə pasterellaların 3 tip koloniyaları aşkar edilmişdir: hamar (S- forma), mukoid (M- forma) və nahamar (R- forma).
Pasterellanın S-formasının koloniyaları xırda, hamar, şəffaf olmaqla işıq şüalarının təsiri altında parlayır və kapsulaya malikdir. Mukoid M-formanın koloniyaları iri, selikli olmaqla kapsulası var. Nahamar R-forma isə şəffaf olmayan, kənarları girintili-çıxıntılı, nahamar koloniyalar əmələ gətirir və kapsulası olmur.
Koloniyaları müxtəlif olan pasterellalar, həmçinin özlərinin virulentliklərinə, immonogen və antigenlik xüsusiyyətlərinə görə də fərqlənirlər. Ən yüksək virulentliyə malik olan S-forma xəstəliyin iti gedişidir, bir qədər zəif virulentli olan M-forma yarımiti və xroniki gedişlidir. R-forma isə avirulentlidir.
Koloniyaların morfologiyası ilə pasterellaların virulentliyi və immunogenliyi arasındakı düzgün korrelyasiya onların kapsulalarının olub-olmaması ilə əlaqədardır. Belə ki, pasterella quş orqanizminə daxil olanda kapsulanın əsas tərkib hissəsi olan qialurun turşusu onun toxumalarının rialuzoiaza fermentini zərərsizləşdirir. Bundan əlavə, pasterellaların kapsulasında rialuzokidaza fermenti və quş orqanizmində spesifik əks-cisimlərin yaranmasına səbəb olan yüksək fəal antigenlər var. Ona görə də kapsulası olan pasterellanın koloniyaları yüksək virulentli olmaqla möhkəm immunitet yaratmaq qabiliyyətinə malikdir. Mukoid formada da kapsula var, lakin onun tərkibində yalnız rialuron turşusu olduğu üçün antigen və rialuzonidaza fermentinin çox az olmasına səbəb olur. Ona görə də bu formanın immunogenlik xassəsi çox zəif olduğundan quşlarda pasterellyoz xəstəliyinin yarımiti və xroniki formasını törədir. Pasterellanın təzə ayrılmış ştammaları siçan, ada dovşanı və göyərçinlər üçün patogendirlər.
Pasterellyozun törədicisi peyində bir ay, çürüməkdə olan cəsəd və torpaqda üç ay yaşamaq qabiliyyətinə malikdir. Kölgədə olan qanda və bağırsaq möhtəviyyatında 6-10 gün, müsbət 5-8 0C hərarətdə qapalı qabda olan suda 18 gün, buzda isə 2 həftə öz virulentliyini saxlayır.