Bununla yanaşı, rinit, konyunktivit, bəzən tənəffüsün çətinləşməsi əlamətləri görünür.
Patoloji-anatomiki dəyişiklikləri. Əsas etibarilə burunun, gözaltı sinusların, traxeyanın selikli təbəqəsinin hiperemiyası, bronxlar və hava kisələrinin serozlu-fibrinozlu iltihabı, bəzən isə bronxlara fibrinin toplanması müşahidə olunur. Yaşlı quşlarda yumurtalıq və yumurta yolunun infantilizmi, yumurta follikullarının atrofiyası, yumurta yolunda histalar tapılır.
Diaqnozu. Epizootoloji məlumatı, klinik nişanələri, patanatomik dəyişiklikləri nəzərə almaqla virusoloji müayinənin nəticəsinə əsasən diaqnozu təyin edirlər. Onu infeksion larinqotraxeit, nyukasl, mikoplazmoz, hemofilyoz və soyuq dəyməsi ilə əlaqədar olan tənəffüs yolu xəstəliklərindən təfriq etmək lazımdır.
Virusoloji müayinədə virusun ayrılması, bioloji sınaq və seroloji reaksiyalardan - diffuz presipitasiya reaksiyası, toyuq embrionlarında virusu neytrallaşdırma reaksiyası və düzünə olmayan hemaqqlyütinasiya reaksiyasından istifadə edirlər.
Mübarizə tədbirləri və profilaktika. Xəstəlik törədicisinin təsərrüfatda yayılmasına yol verilməməsi məqsədilə təşkilat-təsərrüfat, profilaktika və baytarlıq-sanitariya tədbirləri kompleksini bütünlüklə yerinə yetirmək lazımdır.
Xəstəlik baş verdikdə ümumi və spesifik tədbirlər görülməlidir. Spesifik profilaktika üçün diri və inaktivləşdirilmiş vaksinlərdən istifadə olunur. Diri vaksinlərin yaratdığı immunitetin müddəti uzun və gərginliyi yüksək olur. İnaktivasiya olunmuş vaksinlər cücələri xəstəliyin respirator formasından müdafiə etmir, lakin qeyri-salamat təsərrüfatda toyuqlarda yumurta məhsulunun azalmasının qarşısını alır. Vaksinlər təlimata müvafiq işlədilir: onları içirtmə, buruna damızdırma, intraokulyar, yaxud aerozol üsullarla tətbiq etmək olur. Yeni, xaricdə istifadə olunan CEBAK BRON 120 α və CEBAK MASS α liofilizə edilmiş vaksinlərindən də istifadə edildikdə yüksək profilaktiki nəticələr alınır. CEBAK MASS α liofilizə edilmiş vaksini infeksion bronxitə qarşı peyvəndləmək üçün 4 günlük sağlam cücələri intraokulyar intranazal üsullarla verilir. Bunun üçün vaksinin 1000 dozası (1 ampula) 30 ml qaynadılmış və soyudulmuş suda həll edilir, 1 damla (0,03 ml) 1 doza hesab edilir. İçirtmə üsulu ilə peyvənd etmək üçün 1000 dozaya aşağıdakı miqdarda su əlavə edilir: