Bu səbəbdən quşçuluq təsərrüfatları istehsal baxımdan böyük əhəmiyyət daşıyır. Əsas xərc amillərinə aiddir: bina, tövlənin təchizatı, yem, iş və heyvan sağlamlığı üçün çəkilən xərclər. Həmçinin dünya ölkələrində kənd təsərrüfatında quşçuluğun istehsalı üçün məhdudiyyət demək olar ki, yoxdur.
1.1 Sahibkarlığın inkişafı üçün iqtisadi şəraitin yaradılması
Azərbaycanın sürətli sosialiqtisadi inkişafını xarakterizə edən mühüm amillərdən biri də ölkədə ümumi istehsal həcminin ildənilə artması və bunun ən müxtəlif sahələri əhatə etməsidir. İstehsalat və hasilatın real quruluşunun təhlili göstərir ki, burada digər təbii resursların səmərəli şəkildə mənimsənilməsi genişlənməklə, eləcə də qeyri-neft sektorunda dinamik artım yaşanmaqdadır. Bunun nəticəsidir ki, keçən cari ilin ilk yarısında qeyri-neft sektorunda artım neft istehsalına nisbətdə daha böyük olub və 15,3 faiz təşkil edib.
Bütün bunlar yeni istehsal sahələrinin, iş yerlərinin açılmasında, iqtisadi artımın
davamlılığının təmin edilməsində, əhalinin gəlirlərinin artırılmasında və rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasında mühüm rol oynayan faktorlar kimi çıxış edir.
Özəl sektorda qeydə alınan tərəqqinin daha dinamik xarakter alması məqsədilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişaf etdirilməsidir. Ölkədə sahibkarlığın inkişafı məqsədilə biznes mühitinin daim yaxşılaşdırılması, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, regionların inkişafı, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Bunun nəticəsidir ki, görülmüş işlər sayəsində sahibkarlığa dövlət maliyyə dəstəyi mexanizmi əhəmiyyətli dərəcədə təkmilləşdirilib və bu, dövlət- sahibkar münasibətlərini yüksək səviyyədə inkişaf etdirir.