Xidməti tərəfindən dövlət nəzarəti, həmçinin adı çəkilən maddənin 14.7-ci bəndinə əsasən dövlət baytarlıq nəzarətində olan yüklərin idxal-ixracı və tranziti müvafiq ölkələrin epizootik durumu nəzərə alınmaqla, beynəlxalq baytarlıq sertifikatının müşayiəti ilə həyata keçirilir. Bunun nəticəsidir ki, hal-hazırda respublika ərazisində heyvanların və quşların təhlükəli yoluxucu xəstəliklərə yoluxma halları müşahidə olunmur.
Ölkəmizdə sahibkarlığın inkişafına yaradılmış münbit şəraitdən istifadə edən iş adamları tərəfindən respublikaya baytarlıq nəzarətində olan digər ərzaq məhsulları ilə yanaşı, quşçuluq məhsulları da gətirilir. Bu işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 nömrəli qərarı ilə tənzimlənir.
Quşçuluq dedikdə, yumurta, ət istehsalı və yanaşı məhsul kimi lələklərin istehsalı başa düşülür. Quşçuluğun əsas istiqaməti kimi kənd təsərrüfatı məqsədi üzrə istiqamətlənmiş quş növləri, hind quşları, yumurtalıq və ətlik toyuqlar, qazlar və ördəklər nəzərdə tutulur. Digər quş növləri isə kənd təsərrüfatında iqtisadi cəhətdən yüksək qiymətləndirilmir.
Quşçuluq dünyada geniş yayılmışdır, ev təsərrüfatında və iri fermalarda saxlanılır. Əhalinin yumurtaya və ətə olan tələbatının ödənilməsində iqtisadi cəhətdən önəm daşıyır.
Quş məhsullarının istehsalı 50-60-cı illərdən etibarən tədricən inkişaf etmişdir. Bunun səbəbi aşağıdakılardır:
• Yeni sortların hibridləşdirilməsi;
• İstehsalda sahəyə qənaət, yəni o qədər də böyük ərazinin tələb olunmaması;
• İstehlakçıların tələbatının yüksək olması.
Dünyada yumurta istehsalı getdikcə artır. Xüsusilə çində yumurta istehsalı 1999-2004 illərdə 31 % artmışdır. Həmçinin dünyada quş əti istehsalı 1999-cu ildən indiyə qədər sürətlə inkişaf edir.
Xüsusilə quşların saxlanmasında iqtisadi cəhətdən əraziyə tələbat çox aşağıdır, asan daşınandır, quş əti və yumurtasının istehsal dəyəri digər heyvandarlıq sahələrinə nisbətən daha azdır.