Tüklənmə dövründə isə lələyin proteinlə zənginliyi nəzərə alınmaqla proteinin miqdarı 4-7 %-ə qədər artırılır.
Ətdən fərqli olaraq, tüklərin 80 %-i proteindən ibarətdir, ona görə də onların əmələ gəlməsi üçün rasiona əlavə zülal daxil etmək lazımdır.
Yem payında zülalın miqdarından başqa onun amin turşusu olan tərkibi də nəzərə alınmalıdır. Beləliklə, tüklərin əmələ gəlməsi üçün metionin kükürd tərkibli amin turşusunun yüksək konsentrasiyası tələb olunur. Yem normasında ləpəli bitkilərin dən qarışığından qıtlıq yaranarsa, ətdə piylənmə gedər. Odur ki, proteinlər və əvəzolunmayan amin turşularına tələbat hesablanarkən orqanizmin ümumi enerjiyə ehtiyacı nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, hər 100 kilocoul mübadilə enerjisinə 1,85 qr xam protein düşməsi təmin edilsin.
Cədvəl 13. Broylerlərin yem payında əvəzolunmayan amin turşularının konsentrasiyası, qr/meqacoul
Amin turşuları qr.la | Broylerlərin yaşı, həftələr | ||
0-3 | 4-6 | 7-8 | |
Metionin | 0,40 | 0,36 | 0,32 |
Metionin-sistin | 0,72 | 0,64 | 0,60 |
Lizin | 0,96 | 0,80 | 0,70 |
Triptofan | 0,17 | 0,16 | 0,13 |
Treonin | 0,60 | 0,50 | 0,50 |
Arginin | 1,0 | 0,85 | 0,75 |
Mənbə: L.Durst, M.Vittman. - Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi (dərslik), Bakı, Qapp-Poliqraf 2005.
Cücələrin 1 kq yemində 12 meqacoul, ilk 3 həftəliyində isə ən azı 13 meqacoul olmalıdır. Özəl yem qarışığı hazırlayarkən qarışığın tərkibinə buğda, darı, qarğıdalı və əlavə olaraq heyvan və bitki yağları qarışdırılmalıdır ki, enerji təminatında kəsir yaranmasın. Yaxşı olar ki, qarışıq dənəvər halında yemə çevrilsin ki, quşlar onu həvəslə yesinlər və tozlu olmasın. Anac toyuqlar üçün qarışıq hazırlayarkən normaya əməl olunmalıdır.