Fermentləşdiricidə gedən proses nəticəsində alınan bioqaz kogenerasiya qurğusuna ötürülür. Kogenerasiya qurğusunda bioqazın yandırılması nəticəsində istilik və elektrik enerjisi alınır. Bu enerjilər yaşayış evlərinə və tövlələrə nəql edilir. Artıq qalan elektrik enerjisi isə xarici elektrik şəbəkəsinə ötürülür. Peyin horrasıfermentləşdiricidən qıcqırdıcıya verilir. Qıcqırma prosesi bitdikdən sonra tərkibindəki mayeni azad etmək üçün horra sussuzlaşdırıcı qurğuya daxil olur. Burada horradan maye ayrılır, bərk hissə -şlam isə kənd təsərrüfatında gübrə kimi istifadə olunur. Alınmış maye horra yığıcısına və növbəti emal mərhələsinə verilir. Beləliklə, heyvandarlıq kompleksində bərk və maye halında olan tullantılar emal edilərək, kənd təsərrüfatı üçün qiymətli gübrəyə, elektrik və istilik enerjilərinə çevrilir. Ətraf mühit çirklənmir və tullantılardan üzvi yanacaqların hasil edəcəyi istilik və elektrik enerjiləri alınır. Bu isə özlüyündə təbii ehtiyatlardan səmərəli istifadəyə və ekoloji mühitin sağlamlaşdırılmasına xidmət edir.
Şəkil 31: Heyvandarlıq komplekslərinin tullantılarının utilizasiya qurğusunun sxemi
Mənbə: M.F.Cəlilov, Alternativ regenerativ enerji sistemləri, 2009, səh. 356